Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 09:23

Serbiyada hakim partiya seçkini udur


Aleksandar Vucic SNS-in qərargahında çıxış edir

Serbiya Prezidenti Aleksandar Vucic-in hakim partiyası iyunun 21-də keçirilmiş parlament seçkisində qələbə qazanıb. Serbiya Proqressiv Partiyası (SNS) səslərin 63 faizini qazanıb.

Vucic deyib ki, bu həftə “çox çətin” keçəcək. İyunun 22-də AB-nin Serbiya-Kosovo Dialoqu üzrə Xüsusi Təmsilçisi Miroslav Lajcak ölkəyə səfər etməlidir. Vucic-in sözlərinə görə, Lajcak-ın səfəri zamanı “gülümsəmək və həzz almaq” imkanı olmayacaq, çünki ertəsi gün Moskvaya, ondan sonra ya Brüsselə, ya da Vaşinqtona, daha sonra isə Sloveniyaya səfər etməlidir.

Seçkinin nəticələri təsdiqlənərsə, sağ mərkəzçi SNS daha dörd il hakimiyyətdə qalacaq.

İlkin nəticələr açıqlanandan sonra partiya qərargahında çıxış edən Vucic deyib ki, SNS “xalqın böyük inamını qazandı”, baxmayaraq ki, müxalifətin bir hissəsi seçkini boykot edib, koronavirus pandemiyası da əndişələrə yol açıb.

Bu arada Kosovo ilə dialoqun bərpası üçün beynəlxalq cəhdlər güclənir. Belqrad Kosovonun müstəqilliyini tanımır.

XS
SM
MD
LG