Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 10:20

Avstriyadan Balkan ölkələrinə səyahət xəbərdarlığı


Sebastian Kurz

Avstriya bir neçə Balkan ölkəsinə səyahətlə bağlı xəbərdarlıq edib. Səbəb bu Mərkəzi Avropa ölkəsinə Balkanlardan getmiş şəxslərin koronavirus testlərinin müsbət çıxmasıdır.

Kansler Sebastian Kurz iyulun 8-də keçirdiyi mətbuat konfransında deyib ki, xəbərdarlıq Bolqarıstan, Rumıniya və Moldovaya aiddir və o deməkdir ki, bu ölkələrdən gedən hər bir şəxsin testi neqativ çıxmalıdır, yaxud özünü 14 gün ərzində təcrid etməlidir.

Avstriya hökuməti vəziyyəti nəzarətdə saxlamaqdan ötrü Macarıstan və Sloveniya ilə sərhəd keçid məntəqələrində yoxlamaları gücləndirdiyini bəyan edib.

Bu açıqlamadan bir gün öncə Rumıniya Xarici İşlər Nazirliyi bildirib ki, Avstriyanın Linz şəhərində 99 rumıniyalının koronavirus testi müsbət çıxıb. Onların çoxu miqrant fəhlələr olub.

XS
SM
MD
LG