Keçid linkləri

Təcili xəbərlər
2020, 14 Avqust, Cümə, Bakı vaxtı 20:59

İsrail yeni kəşfiyyat peyki buraxır


Arxiv fotosu

İsrailin Müdafiə Nazirliyi yeni kəşfiyyat peykinin uğurla işə salındığını, hərbi kəşfiyyat üçün yüksək keyfiyyətli izləməni təmin edəcəyini bildirir.

İsrail İran kimi düşmənlərini nəzarətdə saxlamaqdan ötrü izləmə qabiliyyətini gücləndirir, Tehranın nüvə proqramını özünə böyük təhdid kimi görür.

Nazirliyin məlumatına görə, Ofek 16 peyki iyulun 6-da səhər 4-də İsrailin mərkəzindən Shavit raketi ilə buraxılıb. Ofek-in “qabaqcıl qabiliyyətli elektrik-optik kəşfiyyat peyki” olduğu bildirilir.

Bir həftəyə peykdən ilk fotolar gözlənir.

“İsrailin hər bir cəbhədə, hər yerdə qabiliyyətini gücləndirməyə və saxlamağa davam edəcəyik”, – Müdafiə naziri Benny Gantz bəyanatında deyib.

Layihənin əsas podratçısı dövlətə məxsus İsrail Aerokosmik Sənayesi olub. Peykin faydalı yükü isə Elbit Systems müdafiə şirkəti tərəfindən hazırlanıb.

XS
SM
MD
LG