Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:56

Ordu da karantinə nəzarət edir


Karantin qaydalarının pozulmasına görə cərimələr ikiqat artırıldı
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Karantin qaydalarının pozulmasına görə cərimələr ikiqat artırıldı

Xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etməyə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub. Xəbəri APA yayıb.

Bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verib. Bildirilir ki, ordu bölmələri Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək edirlər.

Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.

Azərbaycanda xüsusi karantin rejimi iyulun 20-dək uzadılıb. Həmin müddətdə metro və həftə sonları başqa ictimai nəqliyyat növləri işləməyəcək.

Bundan başqa paytaxtda koronavirus pandemiyası ilə bağlı qurulmuş postlar iyulun 2-dən yığışdırılıb. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskanın taxılması, sosial məsafə gözlənilməsi kimi karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilir. Bu məqsədlə polisin və Daxili Qoşunların əsgərlərinin sayı artırılıb.

Azərbaycanda son günlər gündəlik yoluxmaların sayı 600-ə yaxındır.

Multimedia

XS
SM
MD
LG