Keçid linkləri

Təcili xəbərlər
2020, 14 Avqust, Cümə, Bakı vaxtı 05:54

Moskva Gürcüstan seçkisinə ‘müdaxilə edə bilər’


Kelly Degnan

ABŞ-ın Gürcüstandakı səfiri Kelly Degnan xəbərdarlıq edib ki, Rusiya bu ölkədə keçiriləcək parlament seçkisinə müdaxiləyə cəhd göstərə bilər.

“Rusiyanın aktiv və kreativ dezinformasiyasının bir çox seçkilərdə necə təsirli və müdaxilə effektli olduğunu görmüşük və Gürcüstan da aydın hədəfdir”, – Degnan iyulun 1-də Gürcüstan Siyasət İnstitutunun təşkil etdiyi panel müzakirəsində deyib.

“Birləşmiş Ştatlar, Britaniya və Gürcüstanın digər dostları ictimaiyyətə dezinformasiyanı dəqiq informasiyadan ayırmağa, eşitdikləri və oxuduqları media və informasiyanı daha yaxşı dəyərləndirməyə kömək edirik”, – deyən səfir əlavə edib ki, “konkret sübutu olmasa da, Rusiyanın Gürcüstanda seçkilərə müdaxilə etməyə cəhd göstərəcəyini” düşünür.

Degnan 2019-cu ilin oktyabrında 2 mindən artıq Gürcüstanda vebsaytına Rusiyanın təşkil etdiyi kütləvi kiber hücumu yada salıb, bunun Gürcüstan və digər ölkələrə “ciddi xəbərdarlıq”

Gürcüstanda parlament seçkiləri oktyabrda keçiriləcək.

XS
SM
MD
LG