Keçid linkləri

Təcili xəbərlər
2020, 15 Avqust, şənbə, Bakı vaxtı 13:59

Daha 250 nəfər Azərbaycana gətirilib


Dağıstanda qalan: "Siyahılar rüşvətlə tərtib olunur"
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Dağıstanda qalan: "Siyahılar rüşvətlə tərtib olunur"

İyunun 30-da Dağıstanda olan daha 250 nəfər Azərbaycan vətəndaşı quru sərhədi ilə Azərbaycana buraxılıb. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, həmin şəxslər xüsusi ayrılmış avtobuslar vasitəsilə sərhədi keçiblər.

Rusiyadan gətirilənlər Fövqəladə Hallar Nazirliyi tərəfindən sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdiriliblər. Onlar ilk olaraq müvafiq tibbi yoxlamadan keçiriliblər.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycan 2020-ci il martın sonlarından qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə sərhədlərini bağlayıb.

Aprel ayından Dağıstanın Kullar yaşayış məntəqəsi yaxınlığında toplaşan azərbaycanlılar burada çadırlar quraraq Azərbaycana qayıtmaq istədiklərini bildiriblər. Maydan etibarən onlar hər həftənin çərşənbə axşamı günü dəstələr şəklində Azərbaycana gətirilirlər.

İyununun 15-də isə bir qrup azərbaycanlı Kullar yaşayış məntəqəsi yaxınlığında Azərbaycana buraxılmamalarına etiraz olaraq aksiya keçiriblər. Aksiya zamanı polislə toqquşma baş verdiyi bildirilir. Hadisə yerində olanların verdikləri məlumatlara görə, 92 nəfər saxlanılıb. Onlardan 82 nəfər buraxılıb. 10 nəfər barəsində isə cinayət işi qaldırılıb.

XS
SM
MD
LG