Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 12:09

2 min dollarlıq remdesivirdən ‘qalmadı’


Arxiv fotosu
Arxiv fotosu

Dünən – iyunun 29-da Gilead Sciences Inc COVID-19-a qarşı remdesivir antivirus dərmanına varlı ölkələr üçün xəstəbaşına 2 min 340 dollar qiymət qoyub. Şirkət gələn üç ay ərzində dərmanın demək olar bütün ehtiyatını Birləşmiş Ştatlara göndərməyə razılaşıb.

Ancaq xəstə hüquqları müdafiəçiləri deyirlər ki, remdesivir ABŞ hökumətinin maliyyə dəstəyilə hazırlandığından qiymət aşağı olmalıdır. Nümayəndələr Palatasının Texasdan olan demokrat üzvü Lloyd Doggett bunu “belə bir ortabab dərman üçün biabırçı qiymət“ adlandırıb.

Gilead Hindistan və Pakistanda dərman istehsalçıları ilə əlaqə yaradaraq 127 inkişaf etməkdə olan ölkələrdə remdesivir hazırlamaq və təchizat etməklə bağlı razılığa gəlib. Cipla Ltd-nin versiyası 5 min rupidən (66,24 dollar) də ucuz, Hetero Lab-ın versiyası isə 5 min 400 rupi (71,54 dollar) olacaq.

Britaniya malyariyaya qarşı dərmanların sınağına icazə verib

Britaniyada isə malyariyaya qarşı istifadə olunan hidroksixloroqin və xloroqin dərmanlarının COVID-19-a yoluxmanın önlənməsində qlobal sınaqlarına başlanmasına rəsmən icazə verilib.Britaniyanın rəsmi agentliyi belə bir qərar verib.

Bundan qabaq Britaniyada aparılan başqa bir sınaqda hidroksixloroqinin COVID-19-a yoluxmuş şəxslərin müalicəsində təsirsiz olması üzə çıxmışdı. COPCOV adlanan bu tədqiqata sınağın nəticələrini gözləndiyindən fasilə verilmişdi.

Sınağa dünya üzrə 40 min səhiyyə işçisi və risk altında olan digər işçilər cəlb olunacaq. Sınaq Oksford Universitetinin Mahidol Oksford Tibbi Tədqiqat Birliyi (MORU) tərəfindən Tailandın paytaxtı Banqkokda aparılır.

Martda ABŞ-ın ərzaq və Dərman Administrasiyası (FDA) hidroksixloroqin dərmanının effekt və təhlükəsizliyinin sübut olunmadığını bildirdi.

Sonradan FDA bu dərmanların COVID-19-ın müalicəsində fövqəladə hallarda istifadəsinə icazəni də ləğv elədi, çünki sınaqlar müalicəvi əhəmiyyətinin olmadığını göstərmişdi.

Ancaq sözügedən dərmanların qabaqlayıcı vasitə kimi səmərəsi barədə hələ qəti mövqe yoxdur.

“Hidroksixloroqin yoluxmaların qarşısını ala bilər və bu hələ sınaqlarda müəyyənləşdirilməlidir”, – COPCOV sınağına rəhbərlik edən White deyib.

XS
SM
MD
LG