Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

İndi də donuzlarda ‘pandemik virus’ tapılıb


Arxiv fotosu
Arxiv fotosu

Çində donuzlar üzərində tapılmış yeni qrip virusu insanlar üçün daha yoluxucu ola bilər və potensial “pandemic virus”a çevrilərsə diqqətlə izlənməlidir. Bunu yeni araşdırma üzə çıxarıb, ancaq ekspertlər yaxın gələcəkdə belə bir təhlükənin gözlənmədiyini deyirlər.

Bir qrup çinli tədqiqatçı 2011-2018-ci illərdə donuzlardan tapılmış qrip viruslarını öyrənib, H1N1 virusunun “pandemik virusa namizədin bütün əsas əlamətlərinin olduğu” G4 növünü aşkarlayıblar. Araşdırma ABŞ-dakı “Proceedings of the National Academy of Sciences” (PNAS) dərgisində dərc olunub.

Çin məsələni “diqqətdə saxlayır”

Donuz fermalarında çalışanların qanında da virusun yüksək səviyyədə olduğu aşkarlanıb. Tədqiqatda deyilir ki, “insan populyasiyasında, özəlliklə donuzçuluq sənayesində çalışan işçilər üzərində dərhal monitorinq aparılmalıdır”.

Araşdırmada xüsusilə Çində əhalinin sıx olduğu regionlarda heyvandan insana keçən virus riskləri öyrənilir. Bu regionlarda donuz fermaları, çoxaltma obyektləri, qəssabxanalar, diri heyvan bazarları yaxınlığında milyonlarla insanın yaşadığı vurğulanır.

Hazırda dünyanı lərzəyə salmış koronavirusun Çinin cənub-qərbində nalburun yarasalardan peyda olduğu, Vuhan şəhərində dəniz məhsulları bazarında insana keçdiyi güman edilir.

“Çin bu məsələylə əlaqədar baş verənləri diqqətdə saxlayır. İstənilən virusun yayılmasını önləmək üçün gərəkən addımları atacağıq”, – Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian iyunun 30-da mətbuat konfransında deyib.

“Sistematik nəzarətə” çağırış

PNAS araşdırmasında deyilir ki, donuzlar pandemik qrup virusları nəsli üçün “qarışdırma qabı” hesab olunur və problemə “sistematik nəzarətə” çağırır.

Çin 2009-cu ildə H1N1 virusuna qarışı tədbir gördü, virusun yayıldığı ölkələrdən uçuşları məhdudlaşdırdı, onminlərlə sakinini karantinə aldı.

Yeni virus 2009-cu ildə yayılmış H1N1-in yeni kombinasiyasıdır və vaxtilə donuzlarda mövcud olub.

Ancaq Vaşinqton Universitetindən bioloq Carl Bergstrom deyib ki, insanları yoluxdurmaq qabiliyyətinə baxmayaraq yeni pandemiya riski yoxdur.

“Beş ildir aşkarlanmasına baxmayaraq, G4-ün insanlarda dövr etməsinə dəlil yoxdur. Bunu yadda saxlamaq lazımdır”, – o, Twitter-də yazıb.

Hazırda dünyada yeni koronavirusa 10,3 milyondan çox insan yoluxub, 504 min 269 nəfər dünyasını dəyişib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG