Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

COVID-19 heyvanları


Yarasa
Yarasa

Yarasalar yeni koronovirusla bağlı ən böyük sirri daşıya bilərlər. Virusun Çində yarasadan insana keçdiyi güman edilir. Ancaq dördayaqlı vəhşi heyvanların öyrənilməsi bu virusun müalicəsində sirləri getdikdə daha çox ortaya çıxarır.

Su samuru, lamaların da virusu yayması ehtimalları var. AzadAvropa/AzadlıqRadiosunun əməkdaşı Andy Heil yazır ki, lamalarda olan nadir anticisimlərin öyrənilməsinin insanda koronavirusa immunitetin yaranmasına köməyi dəyə bilər.

İtlərin isə hətta simptomlar peyda olmamışdan COVID-19-u aşkarlaya bildiyi düşünülür.

Yarasalar

Yarasalar 2002-ci ildə yayılmış SARS (kəskin respirator sindrom) xəstəliyində də rolu olduğundan geniş öyrənilməkdədir.

Yarasaların 1400-dək növü var və yalnız məməliləri uça bilir. Quduzluqdan başqa bütün xəstəliklərə dözümlü yarasalar belə patogenləri də sürətlə yayırlar.

COVID-19 pandemiyası nalburun (Rhinolophus) yarasa növünü diqqət mərkəzinə gətirib. Virusoloqlar məhz bu yarasa növünün yeni koronavirusun mənbəyi olduğunu düşünürlər.

Tədqiqatçılar koronavirusun genomuna əsasən deyirlər ki, o, yarasalardan aralıq bir növə ola bilsin çox əvvəl keçib, ötən ilsə insana yoluxub.

Ancaq yenə də koronavirusun dəqiq yoluxma yolu haqda açıq suallar var. İyunun 11-dən dünyada bu virusa azı 7 milyon insan yoluxub, 400 mindən çoxu vəfat edib.

Bu həftə alimlər potensial COVID-19 vaksini üzərində işləyən Britaniya və Norveç tədqiqatçılarının bir versiyasını dərhal təkzib ediblər. Həmin versiyaya görə, bir çox qlobal vaksin cəhdləri alınmayacaq, çünki koronovirusun insan tərəfindən yaradıldığını ehtiva edən RNA (ribonucleic acid) datasını gözardı edirlər.

Fevralda isə Quanqjou kənd təsərrüfatı universitetinin tədqiqatçıları iddia ediblər ki, genetik uyğunluqla panqolinin pandemiyanın mənbəyi olduğunu müəyyənləşdiriblər.

Panqolin hələ də virusun mümkün rezervuarı və yayılma mənbəyi hesab olunur, ancaq alimlər koronavirusun panqolinlə əlaqəsini təsdiqlədə bilməyiblər.

Cənub-şərqi Asiya və Afrikada yaşayan panqolinin əti və dərisinin satışı qadağandır, xalq təbabətində istifadə olunur. Ancaq iddialara görə, Çin hakimiyyəti bu qadağanın tətbiqinə elə də ciddi yanaşmır.

Viverra, su samuru

Yeni koronavirus pandemiyasında adı çəkilən heyvanlardan biri də viverradır. 2002-04-cü illərin SARS epidemiyası vaxtı virusun yayılmasında vasitəçi kimi ad çıxarmışdılar. Viverranın əti Çin bazarlarında satılır və SARS xəstəliyi Yunnan vilayətində ilk dəfə yayılanda virusun bu heyvandan qaynaqlandığı güman edilirdi.

Bütün bunlarla yanaşı, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri heyvanların COVID-19-u insanlara keçirməsinə dair məhdud informasiyanın olduğunu bildirir.

Belə bir yoxlamanın aparılmasının çətinliyi ondadır ki, heyvanların insana virus keçirməsini araşdıracaq məhkəmə qurmağın etik yolu yoxdur.

Ancaq su samurunun infeksiyanı insana keçirməsinə etibarlı mənbə var. Niderlandda su samuru fermalarında azı iki nəfərin virusa məhz heyvandan yoluxduğu bildirilir. Həmin heyvanlar isə daha öncə insandan yoluxublarmış (bu proses zoonosis adlanır).

Hazırda Niderlandda fermerlər onminlərlə heyvanı məhv edir. Hakimiyyət yoluxmuş pişiklərin fermer təsərrüfatları arasında xəstəliyi yayıb-yaymamasını da araşdırır.

Ev heyvanları

Nalburun yarasalardan başqa, onlarla heyvan növündə koronavirusun olduğu aşkarlanıb. Onların sırasında makaka meymunları, itlər, pişiklər, böyük pişiklər, safsarlar, dovşanlar da var.

“Virus dünyaya yayıldıqca özünə yeni rezervuarlar tapa bilər”, – Şimali Karolina Universitetindən virusoloq Ralph Baric “National Geographic”ə deyib.

Ancaq məsələn, alimlər pişiklərin koronavirusa yoluxa biləcəyini bilirdilər. Ev heyvanları və xəstəliklərə nəzarət üzrə ekspertlər isə adamların ev heyvanından COVID-19-a yoluxma riskini istisna edirlər.

Pişiklər, digər ev heyvanlarının xəzində müəyyən qədər virus ola bilər, məsələn, onu sığallayan yoluxmuş şəxsdən keçə bilər. Ancaq heyvanın infeksiya mənbəyinə çevriləcəyi aydın deyil. Axı, alimlər insanın xəstələnməsi üçün nə qədər koronavirusun gərəkdiyini də dəqiq bilmirlər.

Lamalar

Belçikada “Winter” adlı lama hazırda koronavirus tədqiqatlarının obyektinə çevrilib. Texas və Belçikadan tədqiqatçılar belə bir qənaətə gəliblər ki, lamadakı anticismlər SARS və MERS viruslarına, eləcə də AIDS və qripə qarşı effektiv ola bilər.

Lamada aşkarlanan, “nanocisim” adlanan ikinci anticisim istənilən insan anticismindən kiçikdir, ancaq koronavirusun hədəf hüceyrələrə daxil olmaq üçün istifadə etdiyi “tikanlı zülal”ların qarşısını ala bilir.

“Bu, koronavirusu neytrallaşdıran ilk anticisimlərdən biridir”, – lama tədqiqatçıların biri deyib.

Bu tədqiqatlar ABŞ rəsmiləri tərəfindən alqışlanır.

XS
SM
MD
LG