Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:12

Fermerlərə nağd pul verirlər ki, ekzotik heyvan saxlamasınlar


Vuhanda bazar, arxiv fotosu

Çində fermerlərə ekzotik heyvan saxlamamaq üçün nağd pul təklif olunur. Qanunsuz diri heyvan ticarəti koronavirus pandemiyasının yayılmasındakı roluna görə tənqid olunur və bu sahəyə təzyiq artmaqdadır.

“Frans Pres” yazır ki, hakimiyyət ilk dəfə olaraq fermerləri satın almağa boyun olub.

Son aylar Çində vəhşi heyvanların ərzaq kimi satışı qadağan olunub, xəstəliklərin insanlara keçməsi riski əsas gətirilib. Amma diri heyvan ticarəti tədqiqat, ənənəvi təbabət məqsədilə leqaldır.

İlk dəfə olaraq Çinin mərkəzindəki Vuhan şəhərində peyda olmuş koronavirusun insanlara yarasalardan keçdiyi güman edilir.

Heyvanların kilosuna nağd pul verilir

Artıq ölkənin mərkəzində iki vilayət fermerlərin alternativ təsərrüfata keçməsinə yardım proqramlarını təqdim edib.

Hunan vilayəti cümə günü fermerlərin başqa heyvan saxlaması, çay, herbal dərmanlar hazırlaması üçün kompensasiya sxemi təqdim edib.

Hakim orqanlar fermer təsərrüfatı və inventarı dəyərləndirəcək, bəzi heyvanların kilosuna birdəfəlik 120 yuan (16 dollar) ödəyəcəklər.

SARS sindromuna səbəb olmuş başqa bir koronavirusun daşıyıcısı olduğu güman edilən Afrika sivetinin qiyməti isə 600 yuandır.

Qonşu Jiangxi vilayətində isə 2 min 300 lisenziyalı fermerin olduğu bildirilir. Onlar vəhşi heyvanları əsasən yemək üçün bəsləyirlər. Yerli qəzet vilayətdəki heyvanların 1,6 milyard yuan (225 milyon dollar) olduğunu yazıb.

Hər iki vilayət dekabrda koronavirusun yayıldığı Hubey vilayətilə həmsərhəddir.

Humane Society International (HSI) insan haqları qrupunun hesablamasına görə, 2018-ci ildə bu vilayətlərdə sözügedən sahədən 10 milyard yuan gəlir əldə olunub.

HSI-nin Çin üzrə mütəxəssisi Peter Li AFP-yə deyib ki, oxşar planları bütün ölkədə tətbiq olunmalıdır. Amma həm də xəbərdarlıq edir ki, Hunan vilayətində fermerlər üçün əlyeri qoyulur – heyvanlar ərzaq bazarlara göndərilməyəci halda ekzotik heyvanları bəsləyə bilərlər.

XS
SM
MD
LG