Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:23

İranda jurnalist ölümə məhkum edilib


Ruhollah Zam
Ruhollah Zam

2017-ci ildə onlayn fəaliyyəti ölkə üzrə iqtisadi etirazları ruhlandırmış iranlı jurnalist ölümə məhkum olunub.

Ədliyyənin sözçüsü Gholamhossein Esmaili iyunun 30-da Ruhollah Zam barədə çıxarılmış hökmü elan edib.

2017-ci ildə Zam-ın AmadNews vebsaytı və Telegram populyar mesajlaşma tətbiqində yaratdığı kanal vasitəsilə etirazların vaxtı haqda insanlara məlumat verilib, İran rəsmiləri barədə utandırıcı informasiya dərc olunub.

Həmin ilin etirazları 2009-cu ilin seçkisonrası kütləvi itaətsizliyindən bəri ölkənin siyasi rejiminə ən böyük dirəniş idi. Ötən ilin noyabrında da oxşar etirazlar təşkil olundu. Etirazlarda minlərlə saxlanan oldu, 25 nəfər öldürüldü.

Zam Parisdə yaşayıb işləyirdi, sonradan onu İrana qayıtmaq üçün dilə tuta bilirlər və 2019-cu ilin oktyabrında naməlum şəraitdə həbs olunur. Fransa hakimiyyəti bu addımı "qəti şəkildə" pisləyir.

Son aylar televiziya vasitəsilə etiraflarında Zam səhvini boynuna alıb, keçmişdə elədikləri üçün üzr istəyib.

Esmaili deyib ki, İnqilab Məhkəməsi Zam-ı "Yer üzündə korrupsiya"da təqsirli bilib. Bu ittiham adətən casusluq, İran hökumətini yıxmaq cəhdləri üzrə işlərdə irəli sürülür.

Ölüm hökmünün nə vaxt çıxarıldığı bəlli deyil. Zam hökmdən Ali Məhkəməyə şikayət verə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG