Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:53

Serebrennikov mənimsəmədə təqsirli bilinir


Kirill Serebrennikov məhkəmədə
Kirill Serebrennikov məhkəmədə

Moskvada məhkəmə teatr və kino rejissoru Kirill Serebrennikov-u mənimsəmədə təqsir bilib. Özü isə ittihamı rədd edir.

Meşçanski Rayon Məhkəməsi iyunun 26-da bu barədə hökm çıxarıb. Məhkəmə davam edir və hökmün yaxın saatlarda elan olunacağı gözlənir.

Prokuror Mikhail Reznichenko məhkəmədə deyib ki, Serebrennikov və digər təqsirləndirilənlərin 120 milyon rublun (1,86 milyon dollardan çox) mənimsənilməsində günahı sübuta yetirilib. O, rejissora altı illik həbs cəzası istəyib.

50 yaşlı Serebrennikov və daha üç nəfər 2011-2014-cü illərdə “7-ci studiya”ya ayrılmış dövlət vəsaitinin mənimsənilməsində ittiham olunurdu. “7-ci Studiya”nı Serebrennikov təsis edib. Həmin vəsaitin isə “Platforma” adlı layihəyə ayrıldığı bildirilir.

Serebrennikov hökumətə qarşı etirazlarda iştirak edir, Rusiya Pravoslav Kilsəsinin ölkədə artan nüfuzuyla bağlı narahatlıq bildirirdi.

Onun 2017-ci ilin avqustunda həbsi beynəlxalq ictimaiyyətin diqqətini çəkib, Rusiya hakimiyyəti Prezident Vladimir Putin və onun hökumətilə fikir ayrılığı olan mədəniyyət xadimlərini hədəfə almaqda suçlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG