Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 19:02

Serebrennikov-a Fransanın ali mükafatı verilib


Kirill Serebrennikov və Sylvie Bermann

Rusiyanın kino və teatr rejissoru Kirill Serebrennikov Fransanın ali mükafatı – “Şərəf Legionu” ordeni ilə təltif olunub.

Rusiya hakimiyyəti rejissoru mənimsəmədə ittiham edir. Ona mükafat oktyabrın 14-də Fransanın Rusiyadakı səfiri Sylvie Bermann-ın iqamətgahında təqdim olunub.

Bermann deyib ki, Serebrennikov “Rusiya mədəniyyətinin aparıcı fiqurudur”, Rusiya sərhədlərindən kənarda da tanınır.

Serebrennikov bu mükafatı iki ölkənin əlaqələrinin sıxlaşdırılmasında onun cəhdlərinin tanınması kimi qəbul etdiyini deyib.

50 yaşlı Serebrennikov və daha üç təqsirləndirilən dövlət büdcəsindən 133 milyon rubl (2 milyon dollar) mənimsəməkdə ittiham olunur. Həmin pulların 2011-2014-cü illərdə Serebrennikov-un qurduğu “Yeddinci Studiya” adlı təşkilata ayrıldığı bildirilir.

Hökumətə qarşı etirazlarda iştirak etmiş Serebrennikov ittihamları rədd edir.

Təqsidləndirilənlər ev dustaqlığından azad olunsalar da, Moskvadan çıxmaqları yasaqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG