Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:30

Daşqında üç nəfər həlak olub


İvano-Frankivsk regionunda daşqın

Ukraynanın qərbində güclü yağışların törətdiyi daşqınlarda üç nəfər həlak olub, yüzlərlə insan evindən köçürülüb.

Ölüm halları İvano- Frankivsk regionunun Verxovina rayonunda qeydə alınıb. Daşqın səbəbindən əraziyə gedən yollar bağlanıb.

Ukraynanın Baş naziri Denys Shmyhal və Daxili işlər naziri Arsen Avakov fəlakət zonasına baş çəkiblər. İyunun 24-də səhər 187 kənddə 5 min evin daşqın altında qaldığı xəbər verilir.

Bir çox sakinlər əmlaklarını qorumaq üçün evlərindən çıxmamağa çalışıblar. Ancq Avakov iyunun 22-də yağışlar başlanandan 800-dək sakinin köçürüldüyünü deyib.

Sosial mediada yayılmış videolarda su altında qalmış kənd, tarla və yollar görünür.

Daxili İşlər Nazirliyi bəyanatında bunu son illərin ən güclü daşqını adlandırıb. Fəlakət zonasına dörd vertolyot, bir təyyarə, 150 əsgər göndərildiyi bildirilir.

XS
SM
MD
LG