Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 00:24

260 milyonadək uşaq təhsildən kənar qalıb


Belçikada məktəb, arxiv fotosu

2018-ci ildə 260 milyonadək uşaq təhsildən kənar qalıb. Bunu UNESCO iyunun 23-də açıqladığı hesabatında bildirib. Qurum buna görə yoxsulluq və təhsil imkanlarında ayrıseçkiliyi suçlayır, koronavirus pandemiyasının durumu daha da ağırlaşdırdığını bildirir.

Hesabatda deyilir ki, bir çox ölkələrdə qızlar, əngəllilər, immiqrantlar və etnik azlıqlar üçün təhsil imkanları xüsusilə aşağıdır.

2018-ci ildə “258 milyon uşaq və gənc təhsildən tamamilə kənarlaşıb, bunun da əsas səbəbi yoxsulluq olub”, – hesabatda vurğulanır.

Bu, dünya üzrə məktəb yaşlı uşaqların 17 faizi deməkdir. Onların əsas hissəsi isə cənubi və mərkəzi Asiyada, Saharaaltı Afrikada yaşayır.

Hesabata görə, koronavirus böhranı bərabərsizliyi daha da dərinləşdirib, dünyadakı şagirdlərin 90 faizinin üzünə məktəblər bağlanıb.

İmkanlı ailələrin uşaqları evdən laptop, mobil telefonlar və internet vasitəsilə təhsilini davam etdirsə də, milyonlarla uşaq prosesdən tamam kənar qalıb.

“Keçmişin dərsləri, məsələn Ebola göstərdi ki, sağlıq böhranları çoxunu geri ata bilər, özəlliklə də yoxsul qızları, onların çoxu bir daha məktəbə qayıtmaya bilərlər”, – UNESCO-nun Baş direktoru Audrey Azoulay hesabata ön sözdə yazır.

XS
SM
MD
LG