Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 22:27

Britaniyada bıçaqlananlardan biri amerikalıdır


Hadisə yeri

ABŞ-ın Britaniyadakı səfirliyi İngiltərənin Redinq şəhərində bıçaqlanan şəxslərdən birinin amerikalı olduğunu təsdiqləyib.

İyunun 20-də törədilmiş insidentdə üç nəfər öldürülüb, üç nəfər yaralanıb. Britaniya hökuməti bunun terror hücumu olduğunu deyib.

ABŞ-ın səfiri Woody Johnson iyunun 22-də yazdığı tvitində qurbanların ailələrinə “dərin başsağlığı” verib.

“Philadelphia Inquirer” qəzeti öldürülən amerikalının 39 yaşlı Joe Ritchie-Bennett olduğunu, 15 il Britaniyada yaşadığını yazıb.

Britaniyalı müəllim James Furlong da qurbanlar sırasındadır. Üçüncü şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Polis 25 yaşlı şübhəlinin saxlandığını bildirir.

“Reuters” adı çəkilməyən təhlükəsizlik mənbəsinə istinadla, həmçinin “The Daily Telegraph” Redinqdə 25 yaşlı liviyalı Khairi Saadallah-ın saxlandığını xəbər verib.

BBC mənbələrə istinadla MI5 əkskəşfiyyat və təhlükəsizlik agentliyinin həmin şəxsi tanıdığını yazıb. Əslən Liviyadan olan Saadallah 2019-cu ildə MI5-in diqqətini çəkib. Mənbələrə görə, təhlükəsizlik xidmətləri onun terrorçuluq məqsədilə xaricə getmək istəməsi haqda informasiya əldə ediblər.

XS
SM
MD
LG