Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:23

Uçot dərəcəsi endirilib


Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7.25 faizdən 7 faizə endirilməsi haqqında qərar qəbul edib.

Bu barədə AMB-in saytı məlumat yayıb.

Faiz dəhlizinin aşağı həddi 6.5, yuxarı həddi isə 7.5 faiz səviyyəsində müəyyən edilib.

AMB bildirir ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın elan edilən hədəf intervalında saxlanılması, maliyyə sabitliyinin qorunması və iqtisadi aktivliyin dəstəklənməsi prioritetləri arasında optimal balansın qorunmasına yönəldiləcək.

Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il iyulun 30-da ictimaiyyətə açıqlanacaq.

Ölkədə bu ilin 5 ayında inflyasiyanın 2.9 faiz həddində olduğu bildirilir.

XS
SM
MD
LG