Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 10:19

Region rəsmisi barədə həbs qətimkan tədbiri seçilib


Vladyslav Manher

Kiyevdə məhkəmə Xerson region şurasının sədri barədə həbs qətimkan tədbiri seçib. O, 2018-ci ildə korrupsiya ilə mübarizə aparan fəal Kateryna Handzyuk-a ölümcül hücumu sifariş etməkdə şübhəli bilinir.

Peçera Rayon Məhkəməsinin iyunun 18-də axşam çıxardığı qərara görə, Vladyslav Manher iyulun 28-dək, zaminə buraxılmadan ev dustaqlığında qalmalıdır.

Təhlükəsizlik Xidmətinin əməkdaşları Manher-i iyunun 16-da Xerson şəhər xəstəxanasında saxlayıb Kiyevə aparıblar. Manher qətimkan tədbirilə bağlı iki dəfə məhkəməyə getməmiş, özünün və qızının sağlıq problemlərini əsas gətirmişdi.

Manher hücumda əli olmadığını deyir.

33 yaşlı fəal, Qara Dəniz sahilindəki Xerson şəhəri merinin müşaviri Kateryna Handzyuk 2018-ci ilin noyabrında vəfat edib. Vəfatından üç ay qabaq onun üstünə sulfat turşusu tökmüşdülər.

Manher ötən ilin fevralında həbs olunaraq hücumu sifariş etməkdə ittiham olunub. Sonradan zaminə buraxılıb.

Ötən ilin iyununda 5 nəfər hücumun təşkili və icrasında təqsirli bilinib, 3 ildən 6 il yarımadək həbs cəzasına məhkum ediliblər. Onlar günahlarını boyunlarına almışdılar.

XS
SM
MD
LG