Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

Putini məhkəməyə vermiş keçmiş başçı vəfat edib


Mikhail Ignatyev

Rusiyanın Çuvaşiya Muxtar Respublikasının keçmiş başçısı Mikhail Ignatyev xəstəxanada vəfat edib. Cəmi bir neçə gün sonra məhkəmə onun Prezident Vladimir Putinə qarşı məhkəmə iddiasına baxacaqdı. Keçmiş başçı işdən çıxarılmasına görə məhkəməyə müraciət etmişdi.

Çuvaşiya parlamentinin vebsaytı iyunun 19-da 58 yaşlı keçmiş başçının vəfat etməsi xəbərini təsdiqləyib.

Ölümün səbəbi göstərilməsə də, media ötən ay Ignatyev-in Sankt Peterburqda bir xəstəxanada pnevmoniyadan müalicə olunduğunu yazırdı. O zaman durumunun ağır olduğu, ürək və ağciyərlərinin işinə yardım üçün xüsusi aparata qoşulduğu bildirilirdi.

Rusiya Ali Məhkəməsi mayda bildirib ki, Ignatyev yanvarda işdən çıxarılmasına görə Putinə qarşı məhkəmə iddiası qaldırıb və iddiaya iyunun 30-da baxılacaq.

Ignatyev hakim Vahid Rusiya partiyasından çıxarılandan sonra Putin də onu vəzifədən kənarlaşdırıb. Mətbuat gününə həsr olunmuş tədbirdə o demişdi ki, hakimiyyəti tənqid “jurnalistlərin kökünü kəsmək lazımdır”. Bu sözlər geniş ictimai reaksiyaya səbəb olmuşdu.

İlk dəfədir keçmiş məmur vəzifədən çıxarılmasına görə Putini məhkəməyə verir.

XS
SM
MD
LG