Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Nyu York təkrar açılımın ikinci mərhələsinə keçir


Arxiv fotosu
Arxiv fotosu

Nyu Yorkun meri iyunun 19-da ştatın koronavirus pandemiyası qadağalarını bir az da yüngülləşdirmək planlarıyla bağlı qərar verəcək. Qadağaları qismən qaldırmış digər ştatlarda isə yeni yoluxmalarda kəskin artım müşahidə olunur.

Andrew Cuomo-nun ştatı pandemiyadan ən böyük zərər görənlər sırasındır. O, iyunun 22-dən Nyu Yorkun təkrar açılışımın ikinci fazasına keçəcəyini, ancaq bundan öncə “qlobal ekspertlərin” fikirlərini dəyərləndirəcəyini deyib.

Cuomo deyir ki, tərəddüdünün bir səbəbi ştata səfərlərin çoxalmasıyla yeni böhranın başlayacağı sarıdandır. Mer yaşıl işıq yandırarsa, restoranlar, pərakəndə satış obyektləri, digər bizneslər məhdudiyyətlərlə işə başlayacaq. Ölümcül virusun yayılmasını önləməkdən ötrü onlar üç aydır bağlanıblar.

Karantinə qayıtmaq planı yoxdur

İyunun 18-də isə Birləşmiş Ştatlarda artıq səkkizinci gün ardıcıl virusdan gündəlik ölü sayı mindən az olub.

Johns Hopkins Universitetinin hesablamasına görə, ölkədə 2,1 milyondan çox təsdiqlənmiş yoluxma, 118 mindən artıq ölü sayı qeydə alınıb.

Son günlər 20-dək ştatda yoluxmalarda artım yaşandığından pandemiyanın həqiqətən də səngiməsilə bağlı narahatlıq var.

Arizona, Kaliforniya, Florida ştatlarında vətəndaşlara əksər ictimai məkanlarda maska taxmaq, yaxud ehtiyat tədbirləri görmək tapşırılıb.

“Sadəcə, çox adamı üzüaçıq görürük – bu da xəstəliklə mübarizədə əldə etdiyimiz real uğura risk yaradır”, – Kaliforniyanın qubernatoru Gavin Newsom bəyanatında deyib.

Ağ evin yoluxucu xəstəliklər üzrə aparıcı eksperti iyunun 18-də deyib ki, genişmiqyaslı məhdudlaşdırma tədbirlərinin gərəkdiyini düşünmür.

“Məncə, karantinə qayıtmaq haqda danışmaq fikrində deyilik”,Anthony Fauci bildirib.

“Fikrimcə, yoluxmalarda artım qeydə alınan yerlərdə daha yaxşı nəzarət barədə danışacağıq”, – o vurğulayıb.

İtaliya, Çin, Cənubi Koreya

Vaxtilə Avropada pandemiyanın episentri sayılan İtaliyada 333 yeni yoluxma qeydə alınmaqla ümumi say 238 min 159-a çatıb. 66 xəstə isə dünyasını dəyişib və ümumi ölü sayı 34 min 514 nəfər olub.

Çində də yeni yoluxmalar qeydə alınır, iyunun 18-də 32 haldan 25-nin Pekində baş verdiyi bildirilir.

Cənubi Koreyanın səhiyyə rəsmiləri isə Seul və ətrafında yoluxmaların kökünü kəsməyə çalışırlar. Bir çox yoluxmaların istirahət məkanlarına, dini və biznes fəaliyyətinə bağlı olduğu bildirilir.

Mayın sonundan başlayaraq Cənubi Koreyada günə 30-50 yoluxma qeydə alınır. Bu da rəsmilərin apreldə sosial məsafə qaydalarını yumşaltmaq erkən davranması ətrafında suallar yaradıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG