Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 10:32

Qadağalar yumşaldıqca yoluxmalar artır


ABŞ-da polis qəddarlığına və irqi ayrıseçkiliyə etiraz aksiyası
ABŞ-da polis qəddarlığına və irqi ayrıseçkiliyə etiraz aksiyası

ABŞ-da bir sıra ştatlarda koronavirus yoluxmalarında artım narahatlıq yaradır. Artım bəzi qadağalar yumşaldılandan, bizneslər tədricən açılandan sonra sürətlənib.

Əhali sayı az olan Oklahomada iyunun 17-də 259 yoluxma qeydə alınıb. Daha çox əhalisi olan Texas, Kaliforniya, Florida və Arzizonanın hərəsində isə minlərlə yeni yoluxma baş verib. ABŞ-da yoluxma sayı artıq 2,1 milyonu keçib.

Dünya üzrə yoluxanların sayı 8,3 milyondan çoxdur, 448 min 959-dan artıq ölüm halı qeydə alınıb.

İyunun 20-də isə Prezident Donald Trump Oklahomanın ikinci ən böyük şəhəri olan Tulsada siyasi yürüş keçirməlidir. Səhiyyə ekspertlərinin fikrincə, bu yürüşdə koronavirus “super sürətlə yayıla” bilər.

Oklahomanın qubernatoru Kevin Stitt deyib ki, ştat rəsmiləri tədbirin “mümkün qədər təhlükəsiz” keçməsinə çalışacaqlar. Səhiyyə rəsmiləri tövsiyə edir ki, adamlar yürüşdən öncə və sonra testdən keçirilsinlər.

Trump isə “Fox News”a müsahibəsində deyib ki, koronavirus “səngimək üzrədir”. Onun sözlərinə görə, vaksinin tapılması “həqiqətən yaxşı olardı və bu baş verəcək”.

Şərqi Asiya, Latın Amerikası

Çinin paytaxtı Pekində isə yeni yoluxmalarda azalmanın olduğu bildirilir.

Cənubi Koreyanın paytaxtı Seulda və ətraf ərazilərdə yoluxmalar davamlı olaraq artır. Hakimiyyət iqtisadi fəaliyyət gücləndikcə yoluxmaların azalmasına çalışırlar.

İyunun 18-də açıqlanmış rəqəmlərdən sonra ölkədə yoluxma sayı 12 min 257-yə çatıb, onlardan 280 nəfəri vəfat edib.

Braziliyada iyunun 18-də yerli liqanın oyunları başlanır. Rio de Janeyronun meri belə bir qərar verib. Bir komandanın futbolçuları isə qərarı tənqid edib, həyatları riskə atmaq istəmədiklərini deyiblər.

Hondurasda prezidentin də COVID-19 və pnevmoniya simptomları ilə xəstəxanaya yerləşdirilməsi yoluxmalarda kəskin artıma diqqəti yönəldib.

Prezident Juan Orlando Hernández və həyat yoldaşının testləri pozitiv çıxandan bir neçə saat sonra dövlət başçısı xəstəxanaya yerləşdirilib.

XS
SM
MD
LG