Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 13:58

Nazarbayevdə koronavirus çıxıb


Nursultan Nazarbayev

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin koronavirus testi müsbət çıxıb. O, ötən il martın 19-da prezidentlikdən qəfil istefa vermişdi.

Nazarbaev-in mətbuat xidməti iyunun 18-də bildirib ki, keçmiş prezident özünü təcrid edib və məsafədən işləyir.

79 yaşlı Nazarbayev bu keçmiş sovet respublikasına 30 ilədək rəhbərlik edəndən sonra ötən il istefa verdi. Ancaq hakim Nur-Otan partiyasına və ölkənin güclü Təhlükəsizlik Şurasına rəhbərliyi davam etdirir.

Onun millətin lideri – “elbaşı” tituluna görə də imtiyazları var.

Nazarbaev-in opponentlərinin fikrincə, o, de fakto 18 milyon əhalisi olan ölkəyə idarəçiliyi davam etdirir, indiki Prezident Qasym-Zhomart Toqaev-in hərəkətlərini nəzarət altında saxlayır.

XS
SM
MD
LG