Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Kiyevdə toqquşma, McDonald's qalmaqalı


17 iyun aksiyası
17 iyun aksiyası

Ukrayna paytaxtı Kiyevdə Rusiya-pərəst Shariy Partiyası ilə millətçi qrupların yüzlərlə tərəfdarı toqquşub. İnsident Prezident Volodymyr Zelenskiy-nin idarəsi yaxınlığında baş verib.

Qalmaqallı Rusiya-pərəst ukraynalı bloqer Anatoliy Shariy-nin təsis etdiyi Shariy Partiyasının 500-dək fəalı iyunun 17-də Zelenskiy-nin idarəsi qarşısında yürüş edib, prezidenti etirazçılara qarşı polis qəddarlığını dayandırmağa çağırıblar.

Shariy Partiyası nədən narazı qalıb

Radikal millətçi Demokratik Balta qrupunun 200-dək tərəfdaşı da əraziyə, özlərinin dediyi kimi, “mövzu haqda əxlaqi söhbətə” yığışıb.

Məlumatlara görə, Shariy Partiyasının fəalları Daxili İşlər Nazirliyinə doğru yürüşə başlayandan sonra millətçi qrupu təmsil edənlər onlara əl və tüstü qumbaraları atmağa başlayıblar. Bundan sonra iki qrup toqquşub.

Polis asayişi bərpa edib.

İyunun 15-də Kiyevdə məhkəmə Odessada ifrat sağçı yarımhərbi qrupun keçmiş lideri Serhiy Sternenko-nun ev dustağı edilməsi haqda qərar çıxarıb. Bu, Rusiya-pərəst qrupu məyus edib.

İyunun 15-dəki nümayişdən internetə yerləşdirilmiş foto və videolarda polisin nümayişçiləri döydüyü görünür.

Kiyevin polis rəsmiləri insidentlə bağlı daxili təhqiqat başlandığını bildiriblər.

McDonald's qalmaqalı

Bu arada Ukraynadakı McDonald's şəbəkəsinin elektron lövhələrdə ruscadan istifadəyə son qoyması bəzi müştəriləri narazı salıb. McDonald's-ın ötən həftəsonu qüvvəyə minən bu qərarına da elə bloqer Anatoliy Shariy diqqət çəkib.

Dil məsələsi ölkədə böyük parçalanma yaradıb. Ukraynanın şərqində 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçılarla münaqişədə 13 min 200-dən çox ölən olub.

McDonald’s-ın qərarını bəziləri müdafiə edir, Shariy və digərləri isə şəbəkəni ölkənin rusdilli əhalisinə qarşı ayrıseçkilikdə günahlandırır.

McDonald's öz növbəsində bildirib ki, bu addım qanuna uyğun atılıb. Belə ki, Ukrayna dili keçmiş sovet respublikasında əsas kommunikasiya dili kimi müəyyənləşib.

Ukraynanın ABŞ-dakı səfirliyi şəbəkəyə bu addımına görə təşəkkür edib.

“McDonald's -ı tam anlayırıq, yeməklərin adları Ukrayna dilində daha ləzzətli səslənir. Şirkətə Ukrayna diliylə bağlı qəti mövqeyinə görə böyük təşəkkürlər. İndi deyə bilərik: Ukrayna dilini McDonald's-dan öyrənin”, – səfirlik iyunun 17-də Twitter-də yazıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG