Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:31

Din azadlığı hesabatında Azərbaycandan nə deyirlər


Arxiv fotosu

Hər il ABŞ Dövlət Departamenti Konqresə Beynəlxalq Dini Azadlıq Hesabatını təqdim edir. Hesabatda hər bir ölkədə din azadlığının vəziyyəti təsvir olunur.

İyunun 10-da açıqlanmış hesabatda Azərbaycanla bağlı bölüm də yer alıb. Hesabatda ötən il yerli məhkəmələrin 2018-ci ilin iyulunda Gəncə etirazlarından sonra saxlanmış 77 nəfərdən 57-nə qarşı hökm çıxardığı vurğulanır. Gəncə icra başçısına hücumdan sonra keçirilmiş etiraz aksiyalarında iki polis əməkdaşı öldürülmüşdü.

Əlavə 48 siyasi məhbus

“Hakimiyyət məhkum edilənlərin konstitusion quruluşu devirməyə çalışan şiə “ekstremistlərlə əlbir” olduğunu deyirlər. İnsan haqları müdafiəçiləri isə ilin sonunda bu şəxslərdən 48-ni siyasi məhbus siyahısına salıb; həmin şəxslər məhkəmələrdə deyiblər ki, onlardan saxta ifadə almaq üçün polis əməkdaşları və digərləri tərəfindən işgəncəyə məruz qalıblar. Yerli insan haqları qrupları və digərləri hökumətin dini fəallara fiziki pis rəftarını, həbsini davam etdirdiyini bildirirlər. Müsəlman Birliyi Hərəkatının liderləri olan Taleh BağırzadəAbbas Hüseynov Qobustan həbsxanasında üzləşdikləri pis rəftara etiraz kimi uyğun olaraq 16 və 14 günlük aclıq aksiyaları keçiriblər”, – hesabatda deyilir.

Sənəddə qeyd olunur ki, ötən ilin sonunadək siyasi məhbus hesab olunan fəalların sayı 45-55 arası idi.

Hakim orqanlar icazəsiz dini toplantı keçirənləri qısa müddətə saxlayıb, cərimələyib, yaxud onlara xəbərdarlıq edib. Üzv sayı 50-dən az olan icmalar üçün hüquqi qeydiyyatdan keçməz əlçatmaz sayılır. Hesabatda məhkəmələrin dini materialların satışı və yayımı ilə icazəsiz məşğul olanları cərimələdiyi vurğulanır.

Sənəddə hicab probleminə də toxunulur, hicab geyinən qadınların dövlət sektorunda ayrıseçkiliklə üzləşdiyi qeyd edilir.

Ənənəvi və qeyri-ənənəvi dini azlıqlara münasibət

Bu arada hökumət ölkə boyunca dini tolerantlığı, dini ekstremizmlə mübarizəni təşviq edən tədbirlər keçirib. Noyabrın 14-15-də Dünya Dini Liderlərini Bakı sammiti baş tutub.

“Vətəndaş cəmiyyəti təmsilçilərinin sözlərinə görə, vətəndaşlar ‘ənənəvi’ dini azlıqlara, yəhudilərə, rus pravoslavlara və katoliklərə dözümlü yanaşır; ancaq ‘qeyri-ənənəvi’ hesab olunan qruplara şübhə və inamsızlıqla baxır”, – hesabatda bildirilir.

Hesabata görə, səfir və ABŞ səfirliyinin digər əməkdaşları hökumət rəsmilərini saxlananlara qarşı işgəncə iddiaları daxil olmaqla ciddi fiziki təzyiq iddialarını araşdırmağa çağırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə işləyərək dini icmaların qeydiyyat prosesi ilə bağlı çoxdankı məsələlərin həllinə səsləyirlər.

Bu ilin aprelində isə Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı üzrə Komissiyası (USCIRF) Dövlət Departamentinə tövsiyə edirdi ki, Azərbaycan din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısına salınsın.

Hakimiyyət təmsilçiləri adətən ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri rədd edir, din azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların qorunduğunu bildirirlər.

XS
SM
MD
LG