Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:49

ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyonu keçdi


ABŞ-da koronavirus xəstəsi
ABŞ-da koronavirus xəstəsi

İyunun 10-da gecəyədək Birləşmiş Ştatlarda təsdiqlənmiş koronavirus yoluxmalarının sayı 2 milyonu keçib. Bir sıra ştatlar xəstəxanaya yerləşdirilən koronaviruslu xəstələrin sayında artım müşahidə olunduğunu bildirirlər. İki həftə öncə ölkədə Xatirə Günü (Memorial Day) həftəsonu idi.

Arizona ştatında mayın sonundakı həftəsonu turist məkanlarında qələbəlik qeydə alınmışdı. Bu ştatda iyunun 10-da rekord sayda koronavirus xəstəsi qeydə alınıb. Evdə qalmaq göstərişlərini ilk olaraq yüngülləşdirilmiş ştatlardan Texas, Florida, Şimali Karolinada da günlük yoluxmalarda yüksəliş var.

Johns Hopkins Universiteti ABŞ-da 2 milyon 464 nəfərin koronavirusa yoluxmasının təsdiqləndiyini bildirir. Ölü sayı isə 113 min civarındadır, yəni dünya üzrə 416 minin 25 faizindən artıq.

Avstriya ölkələri sərhədləri açmağa başlayır

Bir gün öncə Dünya Səhiyyə Təşkilatı (DST) Latın Amerikasında yeni yoluxmalarda sıçrayışa diqqəti yönəltmişdi. İyunun 10-da pandemiyanın hazırkı episentrində ölü sayı 70 mini keçib.

Çində iyunun 10-da COVID-19-a 11 təsdiqlənmiş yoluxma, dörd yeni simptomsuz hal aşkarlanıb. Yeni yoluxanların hamısının xaricdən gələnlər olduğu bildirilir.

İndiyədək Çində 83 mindən çox yoluxma, 4 min 634 ölüm halı qeydə alınsa da, səhiyyə ekspertləri real rəqəmlərin daha yüksək olduğunu deyirlər.

Avropa ölkələrindən Avstriya iyunun 10-da qadağaları yumşaltma yönündə addım atıb, İtaliya ilə sərhəddə yoxlamaları dayandırdığını bildirib. İyunun 16-dan isə 30 Avropa ölkəsindən gələnlər üçün karantin qaydası ləğv olunur. Yumşaltma Britaniya, İsveç, İspaniya və Portuqaliyaya aid edilmir.

İyunun 12-dən Macarıstan və Xorvatiya qarşılıqlı olaraq sərhəd qadağalarını ləğv edir. Macarıstanın Xarici işlər naziri Peter Szijjarto deyib ki, daha öncə Avstriya, Slovakiya, Serbiya, Sloveniya və Çexiya ilə sərhədlərin açılması yoluxmaların sayına təsir göstərməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG