Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:00

Ağrıkəsici qıtlığı; hər 5 iranlıdan biri... – Qərb mediası


COVID-19 xəstəsi, arxiv fotosu
COVID-19 xəstəsi, arxiv fotosu

COVID-19 Birləşmiş Ştatlar xəstəxanalarında ağrıkəsici qıtlığı yaradıb. Bunu “Reuters” agentliyinin araşdırması üzə çıxarıb.

Agentlik qeyd edir ki, xəstəxanalar illər boyu ağrıkəsici vasitələr çatışmazlığı ilə üzləşiblər, bəzən daha keyfiyyətsiz əvəzedicilərlə əl atıblar. Çatışmazlıq 2018-ci ildə elə bir həddə çatıb ki, bir dərman istehsalçısı xəstəxanalara məktubunda opioid şprislərindən istifadəni tövsiyə edib. Baxmayaraq ki, hər bir dozanı filtrasiya edən şprislərdə təhlükəli maddələr ola bilərdi.

Yeni koronavirus pandemiyası başlananda isə opioidlərə tələb kəskinləşdi. Vaşinqton Universitetinin Sağlıq Göstəriciləri və Dəyərləndirmə İnstitutunun məlumatına görə, apreldə bir gün ərzində 16 mindən çox COVID-19 xəstəsi süni nəfəs aparatına qoşulmuşdu,.

Xəstəxanalar yetərincə süni nəfəs aparatı əldə edəndən sonra onlara güclü ağrıkəsici də gərəkdiyini bildiriblər.

Agentlik yazır ki, bu böhran Amerikanın dərman sənayesinin təməl problemini üzə çıxarır. Sözügedən bazar xəstəxanalarda işlənən, yüksək ticarət nişanı sayılmayan opioid iynələrinin istehsalını təşviq etmir və məqsəd böyük gəlir gətirən, reseptlə satılan versiyaların bazarını gücləndirməkdir. “Reuters” onlarla hökumət rəsmisi, həkim, dərman sənayesi iştirakçısı və hökumət datasının təhlili əsasında belə bir qənaətə gəlib.

Opioid inyeksiyasının təchizatında qüsurlar çoxdan bəlli problemlər olsa da, ABŞ-ın dərman istehsalçıları, xəstəxanalar, tənzimləyicilər və deputatlar problemi yoluna qoya bilməyiblər və pandemiyaya hazırlıqsız yaxalanıblar, bunu araşdırma üzə çıxarıb.

Ərzaq və Dərman Administrasiyası komissarının aparıcı müşaviri Janet Woodcock agentliyə deyib ki, Çinin Vuhan şəhərində xəstəxanalar süni nəfəs aparatına qoşulmuş xəstələrlə dolanda o, həmkarları ilə birlikdə Amerikada yoluxma dalğasının ehtiyatları tükəndirəcəyini anlayıblar.

“Bunun baş verəcəyini anlayırdıq. İndi sonuncu məhsulları belə sistemə daxil edirik”, – o söyləyib.

ABŞ-da reanimasiya şöbələrinə aparılan minlərlə COVID-19 bəzən gözləndiyindən daha çox, həftələrlə aparatda qalıblar. Yanvardan aprelin əvvəlinədək opioid inyeksiyasına tələbat iki dəfədən çox artıb. Bu isə xəstəxanalar və dərman istehsalçılarının əlinin altındakı ehtiyatları tükəndirib, iri xəstəxana tədarükçü təşkilatı olan Vizient bildirib.

15 milyon iranlı...

İranda fevralda koronavirus pandemiyası yayılmağa başlayandan hər beş iranlıdan biri bu xəstəliyə yoluxa bilərdi. Bunu səhiyyə rəsmisi iyunun 9-da açıqlayıb.

“Pandemiya başlayandan 15 milyonadək iranlı virusa yoluxa bilərdi”, – COVID-19-la mübarizə məqsədilə yaradılmış işçi qrupun üzvü Ehsan Mostafavi deyib.

Bu isə virusun “bizim, yaxud dünyanın gözlədiyindən daha az ölümə səbəb olması” deməkdir, yarırəsmi ISNA xəbər agentliyi ona istinadla yazır.

15 milyon İranın 80 milyondan çox əhalisinin 18,75 faizi qədərdir.

İranda iyunun 9-da koronovirusdan daha 74 nəfərin vəfat etdiyi açıqlanıb.

Mostafavi deyib ki, belə bir qənaətə xəstəlikdən sağalmış şəxslərdə anticisimləri aşkarlamaq üçün aparılan seroloji testlərə əsasən gəlinib.

Bu testlər antigenin aşkarlanması üçün aparılan polimeraz zəncir reaksiyası (PCR) testlərindən fərqlənir.

İran indiyədək yoluxmaları “təsdiqlətmək”dən ötrü bir milyondan çox PCR testi apardığını deyir.

Artıq İranda koronavirusdan ölü sayı 8 min 425 nəfəri keçib, yoluxmalar 176 minə yaxındır.

XS
SM
MD
LG