Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 03:23

Yoluxma 8 mini keçdi, ölüm 100-ə yaxınlaşır


3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə bu gün, iyunun 9-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda yazılıb ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Qərargahdan açıqlamaya görə, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5 min 809, ötən müddət ərzində isə ümumilikdə 349 min 200 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 200 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 409 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG