Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:55

Bakı bahalı şəhərlər içində neçəncidir


Arxiv fotosu
Arxiv fotosu

Honq Konq dünyada əcnəbilər üçün ən bahalı şəhərdir. Ondan sonra Türkmənistanın paytaxtı Aşqabad gəlir. “Mercer” təşkilatı iyunun 9-da yeni sorğunu açıqlayıb.

Artıq ikinci ildir Honq Konq birinciliyi əldən vermir və bu, daha çox evlərin bahalığı ilə əlaqədardır.

“Mercer” hər il 209 şəhərdə 200 məhsul və xidmətin qiymətini dəyərləndirir. Bu sıraya ev, nəqliyyat, ərzaq, geyim, ev əşyaları və əyləncənin qiyməti daxildir.

Türkmənistan son dövrlər hiperinflyasiya, sənaye malları və xammalı yüksək qiymətə idxal etdiyindən Aşqabat ikinci yerdə qərarlaşıb.

Tokio üçüncüdür, ondan sonra İsveçrənin Sürix şəhəri gəlir. İsveçrənin daha iki şəhəri ilk onluqda yer alıb – paytaxtı Bern 8-ci, Cenevrə isə 9-cu yerdədir.

Sinqapur 5-ci, Nyu York 6-cı pilləni tutub.

Çinin Şanxay və Pekin şəhərləri uyğun olaraq 7-ci və 10-cu pillədədir.

Moskva ötən ildəkindən altı pillə irəliləyərək 21-ci yeri tutub.

Ötən il 178-ci yerdə olan Bakı isə builki reytinqdə 172-ci olub, yəni 6 pillə irəliləyib.

Afrikada ən bahalı şəhər Çadın paytaxtı Ncamenadır, San Fransiskodan bir pillə irəlidə – 15-ci yerdədir. Nigeriyanın Laqos şəhəri isə Londondan öndədir, 18-cidir.

Korporasiyalar “Mercer”in bu sorğusu əsasında xaricdəki əməkdaşları üçün maaş və imtiyazlar təyin edir və bu rəqəmlər yerli sakinlərin orta yaşam xərcindən fərqlənə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG