Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:20

Vyana 10 ildir ən keyfiyyətli şəhər sayılır


Vyana
Vyana

Avstriyanın paytaxtı Vyana artıq 10 ildir dünyanın ən keyfiyyətli şəhəri hesab olunur. Mercer konsaltinq şirkəti 2019-cu il Həyat Keyfiyyəti İndeksini açıqlayıb.

Turistlər bu 1,9 milyonluq əhalisi olan şəhəri imperial keçmişi, dəbdəbəli sarayları, klassik musiqisi ilə tanıyır. “Qırmızı Vyana” adını isə uzun illər siyasi sol tərəfindən idarə olunması, ucuz dövlət xidmətləri və sosial evlərin çoxluğuna görə qazanıb.

Vyana orta ölçülü şəhərdir, təhlükəsiz, nisbətən yaşıldır. İkinci yeri tutan Sürix də bu keyfiyyətləri saxlayır, amma daha bahalıdır və əsas maliyyə mərkəzi sayılır. Oklend, Münhen və Vankuver isə birlikdə üçüncü yeri tutublar.

İlk beş şəhər ötən ildən dəyişməz qalıb, amma Vankuver beşinci yerdən üçə yüksəlib.

KEYFİYYƏT FAKTORLARI

Bakı 231 şəhər içində 195-ci yerdədir. Ötən il 196-cı olmuşdu.

Yerevan 170, Tbilisi 187, Moskva 167, Tehran 199, Praqa 69-cu yerdədir.

Bakı, Alov Qüllələri
Bakı, Alov Qüllələri

“Yaşam keyfiyyəti bir sıra faktorlara əsasən müəyyən olunur, ictimai nəqliyyata çıxışdan tutmuş nəqliyyatın sıxlığı, yaşayış yerləri və beynəlxalq məktəblərə əlçatımlılıq, şəhərin mədəni mənzərəsinə qədər”, – Mercer bəyanatında bildirib.

Şirkət “siyasi və sosial mühit”, “istirahət” kimi 10 qrupa bölünmüş 39 faktoru nəzərdən keçirir.

Reytinqdə son 10 yeri tutan şəhərlər dəyişməyib. 231-ci yerdə Bağdaddır. Ondan əvvəl Mərkəzi Afrika Respublikasında Banqui və Yəmənin paytaxtı Sanaa gəlir.

Reytinqdə böyük dəyişikliklər baş verməyib. Amma Venesuelanın paytaxtı Karakas 29 pillə geriləyərək 222-ci olub. Hazırda bu ölkədə hiperinflyasiya, əsas tələbat mallarının qıtlığı yaşanır. Yanvarda müxalifət lideri Juan Guaido özünü aralıq dövr prezidenti elan edib.

Breksit Britaniya şəhərlərinin reytinqinə təsir göstərməyib. London 44-cü yerdədir.

“Britaniyada London beynəlxalq biznes mərkəzi hesab olunur”, – Mercer vurğulayır.

Britaniyada ən təhlükəsiz şəhər Dublindir, ümumi reytinqdə yeri isə 33-dür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG