Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 06:09

Əfqanıstan sülh prosesini müzakirə edirlər


Zalmay Khalilzad (solda) və Molla Abdul Ghani Baradar, arxiv fotosu

ABŞ-ın Əfqanıstan üzrə xüsusi sülh elçisi Zalmay Khalilzad Qətərdə Talibanın siyasi məsələlər üzrə başçısı ilə yeni danışıqlar aparıb.

Talibanın sözçüsü iyunun 7-də Twitter-də yazıb ki, Molla Abdul Ghani Baradar Khalilzad ilə məhbusların buraxılmasını, əfqandaxili danışıqların başlanmasını müzakirə ediblər.

Fevralda Birləşmiş Ştatlar ilə Talibanın əldə etdiyi razılaşmanın məqsədi 18 ildir davam edən münaqişəyə son qoymaq idi. Sənəddə Talibanın təhlükəsizlik öhdəlikləri götürməsi əvəzində ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması nəzərdə tutulub.

Razılaşmaya görə, Kabil 5 min talibançı məhbusu, silahlılar isə minədək əsiri azad etməlidirlər.

Khalilzad iyunun 7-də Pakistanın ordu rəhbəri General Qamar Javed Bajwa ilə ayrılıqda görüşüb. Məlumatı ABŞ-ın İslamabaddakı səfirliyi və Pakistan ordusu yayıb.

Tərəflərin “əfqandaxili danışıqların başlanması üçün tələb olunan addımları” müzakirə etdiyi bildirilir.

Pakistanın Əfqanıstanla münasibətləri illərdir gərgindir. Kabil İslamabadı talibançılara sığınacaq verməkdə ittiham edir.

XS
SM
MD
LG