Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:54

Honq Konq sakinləri Tiananmen qırğınını anır


Danimarkalı Jens Galschiot-un Tiananmen qırğınına həsr etdiyi abidə, Honq Konq Universitetinin tələbələri əsəri təmizləyir, 4 iyun, 2020-ci il
Danimarkalı Jens Galschiot-un Tiananmen qırğınına həsr etdiyi abidə, Honq Konq Universitetinin tələbələri əsəri təmizləyir, 4 iyun, 2020-ci il

Honq Konqda demokratiya və insan haqları fəalları iyunun 4-də 1989-cu il Tiananmen meydanındakı qırğını yad edəcək. Son 31 ildə ilk dəfə olaraq böyük anım mərasimi təxirə salınıb.

1989-cu ilin yazında Çində tələbələr və fəhlələr Tiananmen meydanına yığışaraq demokratik dəyişiklik, korrupsiyaya son qoyulmasını tələb ediblər. Bundan sonra ölkə boyunca daha böyük etirazlar başlanıb.

Yeddi həftəlik etirazlardan sonra kommunist rejimi tank və əsgərləri nümayişçilərin üstünə göndərib. İyunun 3-4-də həmin meydana aparan yollarda yüzlərlə, hətta minlərlə etirazçının, yoldan keçənin öldürüldüyü bildirilir. Ancaq Çində bu haqda açıq danışılmır, hökumət də həmin hadisələri rəsmən xatırlatmır.

Yarımmuxtar Honq Konqda bu qırğın hər il yad olunur, Viktoriya Parkında şamlar yandırılır. Ancaq bu il polis təşkilatçılara koronavirus pandemiyasına görə tədbiri təxirə salmaq göstərişi verib.

Demokratiya tələb edən Honq Konq Alyansının üzvləri adətən şam yandırma tədbirinə qatılan onminlərlə iştirakçını şamları şəhərin müxtəlif yerlərində yandırmağa, yaxud onların onlayn proqramına qoşulmağa çağırıb.

Tədbirin 30 dəqiqəlik onlayn versiyası bir dəqiqəlik sükutla bitəcək. Şəhərdə isə spontan tədbirlər gözlənir.

Bu gün qanun səsverməyə çıxarılır

Bu arada Honq Konqda siyasi gərginlik qalır. Çin ötən həftə şəhərdə yeni milli təhlükəsizlik qanununun tətbiqinə səs verib. Bu addım Honq Konqun yerli qanunverici orqanından kənar atılıb.

Müstəqillik tərəfdarı olan qrupların fikrincə, bu, vətəndaşları 2047-ci ilədək qüvvədə olan xüsusi hüquqlardan məhrum etməkdir.

İyunun 4-də Honq Konqda deputatlar Çinin milli himnini rişxəndi cinayət sayan qanunu səsverməyə çıxarmalıdır.

ABŞ Dövlət katibi Mike Pompeo iyunun 2-də 1989-cu il etirazının dörd iştirakçısı ilə görüşüb.

Bu görüş ABŞ-Çin münasibətlərinin getdikcə daha çox gərginləşdiyi dönəmə təsadüf edir – tərəflər arasında ticarət mübahisəsi qalır, bu yaxınlarda isə Vaşinqton Pekini koronavirus pandemiyasının yayılmasını önləyə bilmədiyinə görə tənqid edib.

Dövlət Departamentinin sözçüsü Morgan Ortagus deyib ki, Pompeo “1989-cu il iyunun 4-də Çin Kommunist Partiyası tərəfindən qəddarlıqla yatırılmış etirazların cəsur iştirakçıları” ilə görüşdən şərəf duyur.

Sözçü başqa bir bəyanatında Birləşmiş Ştatların yaxınlarını itirmiş ailələrin yanında olduğunu bəyan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG