Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:31

Birləşmiş Ştatlar Çinə qarşı – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlar Çinin azı dörd dövlət media orqanını xarici səfir təsnifatına salmaqla onların Amerika torpağında fəaliyyətinə qadağaları gücləndirir. Bu haqda “Reuters” agentliyi məsələdən agah üç nəfərə istinadla yazır.

Agentlik qeyd edir ki, Dövlət Departamentinin iyunun 4-də açıqlayacağı bu tədbir ABŞ-Çin münasibətlərindəki gərginliyi daha da alovlandıra bilər. Bundan öncə Prezident Donald Trump elan etmişdi ki, Honq Konqu nəzarətə almaq cəhdlərinə görə Pekinə qarşı tədbirlər görüləcək.

Diplomatik missiyalardan tələb olunanlar

Siyahıya Çin Mərkəzi Televiziyasının (CCTV) və ölkənin ikinci böyük xəbər agentliyi olan Çin Xəbər Xidmətinin (China News Service) salınacağı gözlənir.

ABŞ fevralda Çinin beş media orqanına qarşı oxşar qadağalar tətbiq etmiş, onların Çin və onun kommunist liderləri tərəfindən istifadə olunaraq təbliğat yaydığı bildirilmişdi.

Bu media orqanları ABŞ-dakı işçiləri və əmlaklarını Dövlət Departamentində qeydiyyatdan keçirməlidirlər. Oxşar qaydalar səfirliklərə və digər diplomatik missiyalara aid edilir.

Çinin koronavirus pandemiyasına ilkin reaksiyası və Honq Konqla davranışı Vaşinqtonla Pekin arasında gərginliyi qızışdırıb. Bu vaxtadək Honq Konq qlobal maliyyə mərkəzi kimi ABŞ-ın xüsusi imtiyazlarından yararlanıb.

Çinin dövlət mediası bu arada Birləşmiş Ştatlarda xaotik irqi etirazlara, Trump-ın ordudan istifadə etmək təhdidlərinə geniş yer ayırır. Bu məqamda Çində 31 il öncə Tiananmen meydanına nümayişçilərə qanlı divan tutulmasının ildönümüdür.

Çinin hava şirkətlərinə qadağa qoyulur

“The Associated Press” agentliyinin yaydığı xəbərə görə, Nəqliyyat Departamenti iyunun 16-dan Çinin dörd hava şirkətinə məxsus sərnişin reyslərinin Birləşmiş Ştatlara giriş-çıxışını qadağan edəcək.

Bu qərara bu ay United Airlines və Delta Air Lines şirkətlərinin Çinə uçuşları bərpa edə bilməməsi səbəb olub. Şirkətlər ilin əvvəlindən koronavirus pandemiyası səbəbindən Çinə uçuşları dayandırmışdılar.

Çinin müvafiq orqanı iyunun 4-də ölkəyə uçuşları bərpa edən əlavə şirkətlərin adlarını açıqlayıb, ancaq United və Delta-nın adları çəkilməyib.

Nəqliyyat Departamentinin bildirməsinə görə, Çin iki ölkənin hava şirkətlərini uçuşlarını əhatələyən 1980-ci il razılaşmasını pozur. Departament mübahisənin həllindən ötrü Çin rəsmiləri ilə danışıqları davam etdirəcəyini bildirib.

Agentlik yazır ki, administrasiya hələ ötən ay belə bir addım atıla biləcəyinə eyham vurmuşdu. Pekinin ABŞ hava şirkətlərinin Çin daşıyıcıları ilə ədalətli rəqabət aparmasını önlədiyini deyən administrasiya buna etiraz edirdi.

İyunun 16-dan yeni qadağaların aid ediləcəyi şirkətlər Air China, China Eastern Airlines, China Southern Airlines və Xiamen Airlines-dır.

Pandemiyadan öncə Birləşmiş Ştatlarla Çin arasında həftədə 325-dək sərnişin reysi həyata keçirilirdi. ABŞ şirkətləri uçuşları dayandırsa da Çin şirkətləri buna davam edirdi, fevralın ortasında həftəyə 20, martın ortasında isə 34 uçuş gerçəkləşirdi.

XS
SM
MD
LG