Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 00:32

Çində bağçaya hücumda azı 39 nəfər xəsarət alıb


Çində bağçada buraxılış mərasimi, arxiv fotosu

İyunun 4-də Çinin cənubunda bağçaya bıçaqla hücum olub, dövlət mediası azı 39 nəfərin xəsarət aldığını xəbər verir.

Hadisənin baş verdiyi Gunagşi regionunun rəsmiləri 37 uşaq və iki yetkin yaşlının müxtəlif dərəcəli bıçaq xəsarətləri aldığını bildirir.

Dövlət mediasının məlumatına görə, hücum edən şəxs bağçada çalışan 50 yaşlı mühafizəçi olub. Onun motivi bəlli deyil, saxlanıb və təhqiqat başladılıb.

CCTV dövlət televiziyası 40 nəfərin xəsarət aldığını, üçünün vəziyyətinin ağır olduğunu bildirir.

Sosial mediada yayılmış videolarda sarğı qoyulmuş uşaqların bağçadan çıxdığı, yaxud xəstəxanaya aparıldığı, bağçanın qarsısında kütlənin toplandığı görünür.

XS
SM
MD
LG