Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:16

Moskvada azı 20 etirazçı saxlanıb


Polis təkbaşına piket keçirəni saxlayır
Polis təkbaşına piket keçirəni saxlayır

İyunun 2-də Moskva polisi şəhər polis qərargahının qarşısında yürüş edən azı 20 nümayişçini saxlayıb. Onlar polis zorakılığına etiraz edirdilər.

“Current Time” müxbirlərinin hadisə yerindən verdiyi xəbərə görə, saxlananlar sırasında Vətəndaş Cəmiyyəti hərəkatının mətbuat katibi Yegor Ilyushkin, fəallar Mila Zemtsova, Lusine Minasyan, Maria Chernykh, Ksenia Babich, digər tanınmış insan haqları müdafiəçiləri olub.

Bir müddət öncə yerli media Sankt Peterburda bir neçə bağlama tualet kağızı oğurlamaqda şübhəli bilinən kişinin Milli Qvardiya əsgərləri tərəfindən öldürüldüyünü yazmışdı. Milli Qvardiya bu ölüm hadisəsini kişinin əlində “əməkdaşlara tuşlanmış odlu silaha oxşar əşya görünməsi” ilə izah etmişdilər.

Bu hadisədən sonra rəsmi icazə tələb olunmayan təkadamlıq piketlər, etiraz aksiyaları keçirilib.

Ötən həftə isə polis Moskva Şəhər Polis qərargahı qarşısında jurnalist Ilya Azar-a dəstək bildirən onlarla etirazçını saxlayıb.

Azar Rusiya hüquq-mühafizə agentliklərindəki pozuntuları ifşa edən fəal Vladimir Vorontsov-un həbsinə açıq şəkildə etiraz etdiyinə görə 15 günlük həbsə məhkum edilib.

Moskva polisinin mayın 29-dabildirməsinə görə, koronavirus pandemiyasına qarşı ehtiyat tədbiri olaraq Moskvada hətta təkadamlıq piketlər də qadağan olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG