Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:18

Esper Moskvaya parada dəvət olunub


Mark Esper

Rusiyanın Müdafiə naziri Sergei Shoigu ABŞ-dan olan həmkarı Mark Esper-i bu ayın sonunda Moskvada keçiriləcək hərbi parada dəvət edib. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Shoigu dəvəti iyunun 2-də telefon söhbətində dilə gətirib, Esper-in onu qəbul edib-etmədiyi bəlli deyil.

İyunun 24-də Moskvada Qırmızı Meydanda 2-ci Dünya müharibəsində nasist Almaniyasının məğlub edilməsinin 75-ci ildönümü münasibətilə parad planlaşdırılır. Adətən, Rusiya bu paradı mayın 9-da keçirir, ancaq builki tədbir koronavirus pandemiyasına görə təxirə salınmışdı. Rusiyada hələ də koronavirusdan hər gün rekord sayda yoluxma qeydə alınır.

Vaşinqtonla Moskvanın münasibətləri Suriya və Ukrayna münaqişələri daxil olmaqla bir sıra məsələlərdən dolayı gərgin səviyyədədir.

Telefon söhbəti zamanı Shoigu və Esper-in silahlara nəzarəti, koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlığı müzakirə etdiyi bildirilir. Nazirliyin məlumatına görə, danışıqlarda “Suriyada vəziyyətin sabitləşməsi, münaqişənin dayandırılması, Əfqanıstan və digər yerlərdə hərbi kontingentin təhlükəsizliyinin təminatı” da götür-qoy edilib.

XS
SM
MD
LG