Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 20:49

Hesabat: Talibanın Al-Qaeda ilə ‘sıx’ əlaqələri var


Həbsxanadan buraxılan talibançılar

Taliban qruplaşması Birləşmiş Ştatlar ilə sülh sazişi imzalamasına baxmayaraq, Al-Qaeda terrorçu şəbəkəsi ilə sıx əlaqələr saxlayır. Bunu BMT yeni hesabatında bildirir.

Taliban isə iyunun 1-də açıqlanmış hesabatı “əsassız və qərəzli” adlandırıb.

Fevralda Birləşmiş Ştatlarla imzalanmış sazişə görə, Taliban digər silahlı qruplarla mübarizə aparmağa, onları Amerika və müttəfiqlərinə hücumlardan ötrü əfqan torpağına buraxmamağa icazə verməməyə boyun olub.

“Talibanla, özəlliklə Haqqani şəbəkəsi ilə Al-Qaeda-nın münasibətləri sıx olaraq qalır, dostluğa, vahid mübarizəyə, ideoloji rəğbətə və qohum nikahlara əsaslanır”, – BMT sanksiyalarını müstəqil monitorinq edən qrupun BMT Təhlükəsizlik Şurasına göndərdiyi hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, Birləşmiş Ştatlarla danışıqlar apararkən Taliban Al-Qaeda ilə “mütəmadi məsləhətləşmələr” aparıb, “tarixi əlaqələri saxlayacağına təminat verib”.

XS
SM
MD
LG