Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Rusiyada təyyarələrə tam tutumla işləməyə icazə verilir


Krasnoyarsk aeroportu

Rusiyada koronovirusun yayılmasını səngitmək üçün sosial məsafə qaydaları yumşaldılıb deyə təyyarələrdə bütün yerlərə sərnişin götürməyə icazə verilib.

İstehlakçıların qorunması üzrə dövlət agentliyi – Rospotrebnadzor-dan iyunun 1-də “Kommersant” qəzetinə bildirilib ki, Rosaviatsiya dövlət hava nəqliyyatı agentliyi müvafiq qadağanı aradan qaldırıb. Mayın 18-dən təyyarələrə yalnız tutumlarının maksimum yarısı qədər sərnişin götürməyə icazə verilirdi.

Hava şirkətləri bu qadağa ucbatından gəlir itirdiklərini deyirdilər.

Pandemiya səbəbilə qoyulmuş qadağalar nəticəsində sərnişinlərin sayı kəskin azalıb və bu da ağır maliyyə itkisilə sonuclanıb.

İyul üçün biletlər hazırda daha baha qiymətə satılır, hava şirkətləri itkini kompensasiya etməyə çalışırlar.

İyunun 1-də Rusiyada 9 min 35 koronavirusa yeni yoluxma açıqlanıb, onlardan 162-si vəfat edib. Ümumi yoluxma sayı 414 min 878-ə çatıb, onlardan 4 min 855 xəstə vəfat edib.

XS
SM
MD
LG