Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:06

Prezident İstiqlaliyyət abidəsini ziyarət edib


Prezident İ.Əliyev İstiqlaliyyət abidəsi önündə. Foto arxiv

Mayın 28-də prezident İlham Əliyev Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib.

Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub.

Bugün Müsavat Partiyasının liderləri və bir sıra fəalları isə AXC-nin qurucularından Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önündə toplaşacaqlar.

AXC 1918-ci il mayın 28-də yaradılıb və 23 ay sonra XI Qırmızı Ordunun işğalı ilə süquta uğrayıb.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib və müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin hüquqi varisi olduğunu bəyan edib.

28 May dövlət səviyyəsində qeyd olunur.

XS
SM
MD
LG