Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:53

Qaradərilinin ölümünə görə ağdərili polisə ittiham tələb olunur


Etirazçılar polis şöbəsinin qarşısında
Etirazçılar polis şöbəsinin qarşısında

ABŞ-ın Minneapolis şəhərinin meri ağdərili polis əməkdaşına qarşı ittiham irəli sürülməsinə çağırıb. İnternetdə yayılmış videoda həmin polis əməkdaşı dizini qaçmağa çalışan qaradərilinin boynuna dirəyib, qaradərili isə dəfələrlə nəfəs ala bilmədiyini deyir.

George Floyd adlı qaradərili sonradan xəstəxanada vəfat edib. Bu hadisə etirazlara səbəb olub. Son illər ağdərili polis əməkdaşları tərəfindən saxlanarkən vəfat etmiş qaradərililər yada salınır, müqayisələr aparılır.

Polis əməkdaşları işdən çıxarılıb

“George Floyd-u öldürmüş şəxs niyə həbsdə deyil? Bunu siz, yaxud mən etsəydim, indi dəmir barmaqlıqlar arxasında olardım”, – mer Jacob Frey mətbuat konfransında deyib.

O, ştat prokurorunun “bu halda həbs edən əməkdaşa ittiham irəli sürməyə” çağırıb, ancaq ittihamın nə ola biləcəyini deməyib.

Həmin polis əməkdaşı həbsdə iştirak etmiş daha üç nəfərlə birlikdə mayın 26-da işdən çıxarılıb.

Videoda görünür ki, afrikalı-amerikalı bir nəfər üzüstə küçədə uzanıb, ağdərili polis əməkdaşı isə dizini onun boynuna basır. Qaradərili hava almağa çalışır, inildəyir, “nəfəs ala bilmirəm” deyir. Bu zaman yoldan keçənlər də polisdən xahiş edirlər ki, onu buraxsın.

Floyd-un bacısı Bridgett Floyd mayın 27-də NBC televiziyasına deyib ki, həmin polis əməkdaşları onun qardaşının qətlində ittiham olunmalıdırlar, çünki “əslində bunu ediblər”.

“O, kömək istəyirdi”, – deyən qadın danışarkən göz yaşlarını saxlamağa çalışıb.

Minneapolis polisinin məlumatına görə, əməkdaşları iddia olunan saxtakarlıq işini araşdırmaqla məşğul olublar və onlara şübhəlinin avtomobildə olduğu deyilib. Onlar həmin vaxt avtomobildə olan Floyd-u tapıblar, amma o, “fiziki müqavimət” göstərib.

Təhqiqat başladılıb

Prezident Donald Trump Federal Təhqiqatlar Bürosu və Ədliyyə Departamentindən ölüm işi üzrə təhqiqatı sürətləndirməyi xahiş edib.

“Ürəyim George-un ailəsi və dostları ilə birlikdədir. Ədalət təmin olunacaq!” – Trump tvitində yazıb.

FTB və Minnesota hakimiyyəti 46 yaşlı kişinin ölümü üzrə təhqiqata başlayıb.

Mayın 26-da isə insidentin baş verdiyi yerə minlərlə etirazçı yığışıb. Onların çoxu polis məntəqəsinə doğru addımlayıb, polis isə onları gözyaşardıcı qazla qarşılayıb.

Floyd-un ölümü polisin azlıqlarla davranışıyla bağlı gərginliyi daha da alovlandırıb. 2014-cü ilin iyulunda Nyu York şəhərində Eric Garner adlı qaradərili polisin əlində ölmüşdü. O da son nəfəsində “nəfəs ala bilmirəm” deyirdi. Həmin insident ölkə üzrə etirazlara səbəb oldu və “Black Lives Matter” hərəkatı vüsət aldı. Bu hərəkat qaradərililərə qarşı zorakılıqla, sistematik irqçiliklə mübarizə aparır.

“Biri qaradərili, digər ağdərili amerikalı üçün iki ədalət sistemi mövcud ola bilməz”, – hüquqşünas Ben Crump Floyd-un bacısının müsahibə verdiyi proqramda deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG