Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:30

Amerikalılar irqçilik barədə nə düşünürlər


İrqçiliyə qarşı yürüş
İrqçiliyə qarşı yürüş

150 ildən çoxdur 13-cü Düzəliş Birləşmiş Ştatlarda köləliyi ləğv edib. Ancaq ABŞ-da yetkin yaşlıların çoxu deyir ki, köləlik irsi hələ də bugünkü Amerika cəmiyyətində qaradərililərin mövqeyinə təsirini göstərməkdədir. Bunu “Pew” araşdırma mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb.

Hər 10 respondentdən dördündən çoxu deyib ki, ölkə irqi bərabərliyə doğru yetərincə irəliləməyib. Üstəlik, qaradərililər onların nə vaxtsa ağdərililərlə bərabər hüquqlarının olacağına şübhəylə yanaşırlar.

İrqi münasibətlərin mövcud durumu, Prezident Donald Trump-ın bu məsələni necə idarə etməsinə münasibət də mənfidir. Hər 10 amerikalıdan altısı (58%) ABŞ-da irqi münasibətlərin pis olduğunu deyib. Onların çox az hissəsi bu sahədə yaxşılaşma baş verdiyini düşünür.

56 faizin fikrincə, prezident irqi münasibətləri daha da pisləşdirib. Yalnız 15 faiz onun irqi münasibətləri yaxşılaşdırdığını deyib. 13% düşünür ki, prezident cəhd edib, ancaq məsələ üzrə proqres əldə edə bilməyib.

TRUMP PREZİDENT SEÇİLƏNDƏN SONRA...

Respondentlərin üçdə ikisi deyib ki, Trump prezident olandan adamların irqçi baxış səsləndirməsi adiləşib.

Donald Trump
Donald Trump

Qaradərililər ölkənin irqi baxımdan inkişafına da nikbin yanaşmırlar. Hər 10 qaradərili yetkin yaşlıdan səkkizindən çoxu deyib ki, köləlik irsi bu gün Amerikada qaradərili əhalinin mövqeyinə təsirini göstərir. Onların 59%-i lap çox təsir göstərdiyini deyib.

Hər 10 qaradərilidən səkkizə yaxını (78%) düşünür ki, qaradərililərə ağdərililərlə eyni hüquqların verilməsində ölkə yetərincə irəli getməyib. Tam yarısı isə hesab edir ki, ölkənin irqi bərabərlik əldə etməsi mümkün deyil.

Yetkin yaşlıların əksəriyyəti (56%) hesab edir ki, qaradərili olmaq adamların irəli getmək qabiliyyətinə az da olsa təsirini göstərir, 51 faiz latın amerikalı olmaq barədə belə düşünür.

Bunun əksinə, 59% deyib ki, ağdərili olmaq adamların irəli getmək bacarığa kömək edir. Asiyalı, yaxud yerli amerikalı olmağın təsirləri barədə baxışlar daha da qarışıqdır.

Qaradərililər, latın amerikalıları və asiyalılar ağdərili olmağın adamların irəli getməsinə azacıq da olsa yardım etdiyini daha çox düşünürlər, nəinki ağdərililər. Ağdərililər arasında daha təhsillilər, özlərini Demokrat Partiyasına yaxın hesab edənlər ağdərili olmağın yaratdığı üstünlükləri qeyd ediblər.

Elə respublikaçılara baxanda demokratlar daha çox bu fikirdədirlər ki, Trump prezident seçiləndən adamların irqçi baxış səsləndirməsi adiləşib. Demokratların 84%-i bunun adiləşdiyini, 64%-i daha çox qəbul edildiyini; respublikaçıların yarıdan azı (42%) adiləşdiyini və cəmi 22 faizi adamların bu cür baxış səsləndirməsinin daha çox qəbul olunduğunu vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG