Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:05

Həbsdə olan siyasətçinin bacısı Polşada saxlanıb


Sadyr Japarov-un tərəfdarları Bişkekdə yürüş edir, 2 mart, 2020-ci il
Sadyr Japarov-un tərəfdarları Bişkekdə yürüş edir, 2 mart, 2020-ci il

Qırğızıstanda həbsdə olan siyasətçi Sadyr Japarov-un bacısı Raikul Japarova Bişkek rəsmilərinin xahişilə Polşada saxlanıb.

Qırğızıstan Daxili İşlər Nazirliyindən mayın 26-da AzadAvropa/AzadlıqRadiosu-na verilən məlumata görə, Japarova dörd gün öncə Polşa hakimiyyəti tərəfindən saxlanıb və hazırda Varşava onun Qırğızıstana təhvil verilməsini nəzərdən keçirir.

Nazirlik bildirir ki, Raikul Japarova 2014 və 2015-ci illərdə qiyabi mühakimə olunub, çirkli pulyumada, saxtakarlıq və hakimiyyətdən sui-istifadədə təqsirli bilinib.

Bişkekdə iki məhkəmə onu 10 il həbs cəzasına məhkum edib.

Keçmiş prezident və oğlu

Japarova-ya qarşı ittihamlar onun Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiev-in oğlu Maksim Bakiev-lə əlaqələrindən qaynaqlanır. Keçmiş prezident 2010-cu il etirazları nəticəsində devrilib, hazırda Belarusda yaşayır.

Həm Kurmanbek Bakiev, həm də oğlu Maksim qiyabi olaraq ömürlük həbsə məhkum ediliblər və Bişkek tərəfindən axtarışa veriliblər.

Keçmiş deputat Sadyr Japarov isə 2017-ci ilin avqustunda 11 il yarım həbs cəzasına məhkum edilib. Bişkek məhkəməsi onu 2013-cü ildə Kumtor Qızıl Mədəni ətrafında etirazlar zamanı hökumət rəsmisini girov götürməkdə suçlu bilib. Etirazlarda mədənin milliləşdirilməsi tələb olunurdu.

Japarov ittihamları rədd edərək onları siyasi motivli adlandırıb.

2019-cu ilin aprelində Ali Məhkəmə Japarov-un həbs cəzasını 18 ay azaldıb.

XS
SM
MD
LG