Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 20:39

İcra başçısının müavini koronavirusa yoluxub


Şamaxı Rayon İcra Hakimiyyəti

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biri koronavirus infeksiyasına yoluxub.

Bu barədə "Turan" agentliyinə həmin rayonun icra hakimiyyətindən bildiriblər.

Məlumata görə, həmin müavin xəstəxanaya yerləşdirilib. Onun ailə üzvlərindən yaxma nümunəsi götürüldüyü söylənir.

"İcra hakimiyyətinin bəzi işçiləri karantinə alınıb", - qurumdan vurğulanıb.

Başçı təsdiqləyib

Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tahir Məmmədov da RİH əməkdaşlarının karantinə götürülməsi ilə bağlı deyilənlərə münasibət bildirib.

Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirinə canlı bağlantı ilə qoşulan T.Məmmədov RİH-in bir əməkdaşının koronavirusla bağlı verdiyi testinin nəticəsinin müsbət çıxdığını təsdiqləyib.

Başçının deməsinə görə, bundan sonra digər bütün əməkdaşlar, o cümlədən onun özü hazırda sosial izolyasiya rejimində fəaliyyətini davam etdirir.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 522 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 347 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda indiyə kimi 4 min 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 nəfər vəfat edib.

XS
SM
MD
LG