Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:07

Baş nazir köməkçisini işdən çıxarmaqdan imtina edir


Dominic Cummings
Dominic Cummings

Britaniyada Baş nazir Boris Johnson-un bir hərəkəti partiyadaşlarının qiyamı, ölkə sakinlərinin qiyamına səbəb olub. Çünki o, köməkçisi Dominic Cummings Londondan 250 mil uzağa sürməklə karantin qaydalarını pozsa da, onu işdən çıxarmaqdan imtina edir.

Johnson həftəsonu deyib ki, Cummings oğlu və COVID-19 simptomları olan həyat yoldaşıyla İngiltərənin şimalına getməklə “məsuliyyətli, qanuni, bütöv” hərəkət edib.

Çoxları isə inanır ki, hökumətin qadağasına baxmayaraq belə davranmaq ikiüzlülükdür.

Seçici etirazı

“Onlar hansı planetdə yaşayırlar”, – adətən Johnson və müşavirini müdafiə edən, nüfuzlu sağ-qanad qəzeti olan “Daily Mail” yazıb.

Cummings Johnson-un hakimiyyətə gəlməsinə, Britaniyanın Avropa Birliyindən çıxışını təmin etməsinə kömək edənlərdəndir.

Hakim Mühafizəkarlar Partiyasından 20 deputat, İngiltərə Kilsəsisini 14 yepiskopu və bəzi alimlə də qəzəblərini bildiriblər.

“Johnson indi lap əsl Trump-a oxşayır”, – Villesdon yepiskopu Pete Broadbent baş naziri ABŞ Prezidenti Donald Trump ilə müqayisə edib.

Britaniya Avropada koronavirusdan ən çox ziyan çəkmiş ölkədir, ölü sayı 43 minə yaxındır. Hökumət pandemiyayla mübarizəsinə görə onsuz da təzyiq altındadır.

Mühafizəkar deputatlar deyirlər ki, seçiciləri onlarla əlaqə saxlayır, deyirlər ki, axı, onlar karantin dövründə az qurban verməyiblər, hətta ölməkdə olan qohumlarına belə baş çəkməyiblər.

Deputat Tim Loughton seçicilərindən xeyli elektron məktub aldığını deyib, “onlar deyirlər ki, ‘elə çıxır, onlar üçün bir qayda var, bizimçün başqa, indi biz nəyə görə hökumətin təlimatına əməl etməliyik?’”

Qaydaları “zibilə atdı”

Davranış elmləri üzrə mütəxəssis, hökumətə tövsiyə verən qurumun üzvü Stephen Reicher deyib ki, bu qalmaqal ictimai inamı alt-üst edəcək. “Boris Johnson bu gecə bir neçə dəqiqə ərzində ona inam yaranması, COVID-19-u nəzarətdə saxlamaq üçün qaydalara əməl olunmasını təmin etməkdən ötrü verdiyimiz məsləhəti zibilə atdı”, – o deyib.

Hökumətin bildirməsinə görə, Cummings valideynlərinin evinə ona görə sürüb ki, özü və həyat yoldaşı xəstələnərsə, dörd yaşlı oğluna qohumları baxa bilsinlər.

O zaman hökumət simptomları olanların 14 gün ərzində evdən çıxmasını qadağan etmişdi.

“Reuters” yazır ki, 48 yaşlı Cummings-in işdən çıxrılmasına çağıran deputat və qəzet yazarlarının çoxu tənqidçiləri deyil, Breksit tərəfdarlarıdır. O, 2016-cı ilin uğurlu Breksit kampaniyasının memarıdır.

Bazar günü evinə gec qayıdan Cummings qonşularının etirazıyla qarşılaşıb. Bir qadın göz yaşları içində pəncərədən boylanıb, özünün və ailəsinin karantin dövründə yaşadıqlarını təsvir edib.

Cummings-dən fərqli olaraq, Şotlandiyanın baş tibb rəsmisi və baş epidemioloqu karantin qaydalarını pozduqlarını etiraf edəndən sonra istefa veriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG