Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:14

Milyonlarla cırcıramanın eyni vaxtda peyda olacağı gözlənir


Cırcırama
Cırcırama

İyunun əvvəlində 17 il yerin altında qalmış milyonlarla cırcıramanın Birləşmiş Ştatların müxtəlif yerlərində səs-küylə peyda olacağı gözlənir. Alimlər təbiətin belə bir sirli tamaşası haqda xəbərdarlıq ediblər.

Periodik olaraq ABŞ-ın spesifik coğrafi ərazilərində cırcıramalar çoxalma məqsədilə üzə çıxır. Budəfəki axın Virciniyada, Şimali Karolinanın bəzi yerlərində, Qərbi Virciniyada gözlənir.

Virciniya Politexnik universitetinin məlumatına görə, təxminən 4 min kv. metrlik ərazidən 1,5 milyonadək irigözlü, şəffaf qanadlı cırcırama eyni vaxtda çıxa bilər.

“Nəhəng sayda cırcırama sürüsünün peyda olduğu icmalarda, fermer təsərrüfatlarında səs-küy problem yarana bilər. Ümid edirik ki, bu hadisənin tez-tez baş verməməsi, qəribəliyi narahatlıq hissini yumşaldacaq”, – universitetdən entomoloq Eric Day deyib.

Çoxalma sikli

Cırcıramalar növündən asılı olaraq ya hər il, ya da hər 13-17 ildən bir peyda olurlar. Onların 15 növü var, IX növ bu il, 17 ildən sonra üzə çıxır.

Nimfa kimi tanınan yetişməmiş cırcıramalar torpaqda yaşayır, ağac kötüyü ilə qidalanır. İllərlə torpaqda qalan nimfalar, sirli şəkildə eyni vaxtda torpaqdan cırcırama şəklində çıxır, ağaclarda, digər yerlərdə yumurta qabıqları qalır.

Yetkin cırcıramalar isə həftələrlə çəkən cütləşmə zamanı ucadan səs çıxarırlar.

Sonradan dişilər ağacların budaqlarına yumurta qoyur, nimfalar yetişir, torpağa düşür və yenidən 17 il yerin altında qalır.

Cırcırama yumurtaları ağaclara, meyvə bağlarına, meynəliklərə ziyan vura bilər.

Onların insana ziyanı yoxdur, quşlar və heyvanlar üçün yem mənbəyidir. Torpağa düşən milyonlarla ölü cırcırama isə torpağı qidalandırır.

Virciniya Universitetinin tədqiqatına görə, çoxalma siklinin uzunluğu yırtıcılardan qorunmaq məqsədi daşıya bilər. Bundan başqa, cırcıramalar, ola bilsin, quşlar və digər heyvanlar tərəfindən yeyilməmək üçün birdən milyonlar şəklində üzə çıxır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG