Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

İranın Ali dini lideri İsrailə ‘xərçəng şişi’ deyir


Ali Khamenei çıxış edir
Ali Khamenei çıxış edir

İranın Ali dini lideri fələstinliləri İsrailə qarşı üsyanı davam etdirməyə çağırıb, İsrail hökumətini “xərçəng şişi” adlandırıb.

Mayın 22-də Qüds günü münasibətilə onlayn çıxışında Ayətulla Ali Khamenei Tehranın fələstinliləri silahla təchiz etməsini alqışlayıb, deyib ki, “Fələstini azad etmək uğrunda savaş bir öhdəlik və islam cihadıdır”.

“Sionist rejimi regionda xərçəng şişidir”, – o vurğulayıb.

“Bu gün dünya koronavirusun hər bir qurbanını sayır, ancaq heç kəs soruşmur ki, Fələstində və ABŞ və Avropanın müharibə apardıqları ölkələrdə yüzminlərlə şəhidlər, həbslər və yoxaçıxmalar üçün kim məsuliyyət daşıyır”, – Khamenei sözlərinə əlavə edib.

Birləşmiş Ştatlar və Avropa Birliyi bu fikirləri pisləyib.

Khamenei və İranın digər aparıcı rəsmiləri illər boyunca yəhudi dövlətinin kökünü kəsməyə, bunu fələstinlilərin üstünlük təşkil etdiyi regionda referendum yoluyla etməyə çağırıblar.

Ancaq ali dini liderin silah təchizatıyla bağlı dedikləri Tehranın üsyançıları silahlandırmasının yüksək səviyyədə ilk rəsmi təsdiqidir. Hamas və İslam Cihadı daxil olmaqla Qəzzədəki Fələstin silahlı qrupları, İranın maliyyə və hərbi dəstəyini daim alqışlayıblar.

Qüds günü 1979-cu il İslam İnqilabından bəri hər il, müqəddəs Ramazan ayının sonuncu cümə günü, fələstinlilərlə həmrəylik məqsədilə keçirilir.

Əl-Qüds Yerusəlimin ərəbcə adıdır.

Adətən, İran rejimi Qüds gününü böyük yürüşlərlə keçirir, bu ilsə koronavirus pandemiyasından dolayı rəsmilər əhalini evdə qalmağa, böyük nümayişlər keçirməməyə çağırıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG