Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 17:26

Bağlanan iş yerlərinin sayı artır


İllüstrativ foto

Koronavirus yayılmağa başlayandan sonrakı iki ayda işsizlik müavinətləri üçün müraciət edən amerikalıların sayı 39 milyona yaxınlaşır. Bu haqda hökumətin mayın 21-də açıqladığı hesabatda deyilir. Ştatlar isə tədricən iqtisadiyyatlarını açır, insanlar işə qayıdırlar.

Ötən həftə 2,4 milyondan çox insan işsizlik müavinəti üçün müraciət edib. Bu arada bizneslər bağlandıqca işdən çıxarılanların sayı artır. “The Associated Press” 38,6 milyon işsizin yaranma sürətinin indiyədək görünməyən bir şey olduğunu yazır.

Artıq yeddinci həftədir həftəlik ərizələrin sayı azalır, ancaq rəqəmlər böhrandan əvvələ baxanda 10 dəfə yüksəkdir.

“Davamlı azalma yaxşı xəbər olsa da, əmək bazarı dəhşətli formadadır”, – PNC Financial şirkətinin baş iqtisadçısı Gus Faucher deyib.

Böyük Depressiyadan bəri...

Federal Ehtiyatlar Sisteminin sədri Jerome Powell həftəsonu deyirdi ki, may-iyun aylarında ABŞ-da işsizlik 20-25%-ə yüksələ bilər ki, bu da 90 il qabaqkı Böyük Depressiyadan bəri görünməmiş bir həddir. Apreldə işsizlik 14,7% idi, yenə də 1930-cu illərdə bəri qeydə alınmamış bir səviyyədə.

Avropada da iş yerləri azalmaqdadır. Fransa və Almaniya kimi ölkələr milyonlarla işçinin maaşını ödəməklə iş yerlərini saxlamağa çalışır.

Artıq dünyada koronavirusa 5 milyondan çox yoluxma, 332 mindən çox ölüm qeydə alınıb. ABŞ-da 94 mindən çox, Avropada 165 mindən çox xəstə vəfat edib. Ekspertlər real rəqəmlərin daha yüksək olduğunu düşünürlər.

Bu arada böhran dövründə Prezident Donald Trump-ın reytinqi dəyişməz qalır. “AP” yazır ki, görünür, amerikalılar onun haqda qərarlarını veriblər. “The Associated Press”-NORC Mərkəzinin sorğusuna görə, 41% prezidentin işini bəyənir, 58%-sə bəyənmir. Bu nəticə prezidentin vəzifədə olduğu üç il müddətində onun barəsindəki fikirlərlə üst-üstə düşür.

Həftəsonu ABŞ-da Xatirə günü tədbirləri isə əsasən təxirə salınıb. Adətən, əhali həmin gün müharibədə ölənləri yad edir, veteranları yada salır. Bundan sonra amerikalılar üçün yay mövsümü başlanır. Vaşinqtonda minlərlə insanın qatıldığı böyük parad da təxirə salınıb. Bu il ötənilki konsert və tamaşalardan hissələr yayımlanır.

XS
SM
MD
LG