Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:41

Bir günə rekord yoluxma qeydə alınıb


Madriddə park
Madriddə park

Mayın 21-də dünyada koronavirusa təsdiqlənmiş yoluxma halları 5 milyonu keçib. ABŞ-ın bəzi ştatları qadağaları daha da yüngülləşdirir.

ABŞ-da bəzi restoranlar yalnız bayırda yemək verir, masalar arasında isə 2 metr məsafə saxlanır. Bəzi menecerlər növbəyə başlayan işçilərin temperaturunu ölçür, nəticələri patronlarına göstərirlər.

Mayın 21-dən Nyu Yorkda 10 nəfərədək insanın iştirakıyla dini mərasimlərin, həmçinin toyların təşkilinə icazə veriləcək. Ancaq iştirakçılar mütləq maska taxmalı, fiziki məsafəni gözləməlidirlər.

Prezident Donald Trump bu gün Detroyttda süni nəfəs aparatı istehsal edən zavoda baş çəkəcək. Trump seçki ilində ölkə iqtisadiyyatını canlandırmağa çalışır. O, mayın 20-də Twitter-də bir daha Çini tənqid edib, yazıb ki, bu ölkə “diqqəti dünyada səbəb olduğu ağrı və qırğından diqqəti yayındırmağa cidd-cəhdlə çalışır”.

Trump çinli həmkarı Xi Jinping-ə açıq eyhamla yazıb: “Hər şey başdan gəlir. Onlar bəlanı asanlıqla dayandıra bilərdilər, amma etmədilər!”

Yoluxma sayı 5 milyonu keçmək üzrədir

Johns Hopkins Universitetinin məlumatına görə, dünyada yoluxmalar 5 milyonu, ölü sayı 328 mini keçib.

Mayın 20-də Dünya Səhiyyə Təşkilatı (DST) bir günə rekord yoluxma qeydə alındığını bildirib – 106 min nəfər. Bu arada dünya üzrə keçirilən testlərin sayı artır, Latın Amerikası, Hindistan və başqa yerlərdə yeni yoluxmalarda kəskin artım var.

Braziliyada 20 min yeni yoluxma ümumi sayı 291 min 579 nəfərə çatdırıb. Ölkədə rəsmi ölü sayı 18 min 859 nəfərdir.

Çin mayın 21-də cəmi iki yeni yoluxma açıqlayıb. Bu gün ölkədə Milli Xalq Qurultayı başlamalıdır. Adətən Pekində keçirilən bu tədbirə 3 minədək nümayəndə qatılır. İclasların əsas müzakirə mövzusu iqtisadi və səhiyyə məsələləri olacaq.

Avropada isə tədricən açılım həyata keçirilir. İspaniyada mayın 20-də dördüncü gün ardıcıl olaraq 100-dən az ölü sayı açıqlanıb. İtaliyada 161 ölü qeydə alınıb ki, bu, pandemiyanın pik dövründəki yüzlərlə ölü sayından azdır.

Qitənin bir çox yerlərində azalma tendensiyası baş verir, amma qadağaların yüngülləşdirilməsinin yeni yoluxmalara səbəb olacağı sarıdan narahatlıq da qalmaqdadır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG