Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Avqust, bazar, Bakı vaxtı 01:08

Karantinin faydası: Karbon emissiyaları azalıb


Karbon emissiyaları

Ötən ay pandemiyaya görə karantin tədbirlərinin pik dövründə dünyada atmosferə gündəlik karbon emissiyaları 17 faiz azalıb. Bu haqda mayın 19-da beynəlxalq araşdırmada söz açılır.

Alimlər üzə çıxarıblar ki, şirkətlərin bağlanması, evdə qalmaq göstərişləri, virusun yayılmasını önləməyi hədəfləyən digər tədbirlər enerji istehlakında və CO2 emissiyalarında kəskin dəyişikliyə səbəb olub.

Tədqiqat “Nature Climate Change” dərgisində dərc olunub.

Əsasən nəqliyyatın azalmasının rolu olub

Araşdırmanın əsas müəllifi Corinne Le Quere deyib ki, aşırı azalma yəqin müvəqqətidir, çünki iqtisadiyyatda, nəqliyyat, yaxud enerji sektorunda struktur dəyişikliklərin nəticəsi deyil.

İstənilən halda, bu, 2-ci Dünya müharibəsindən bəri karbon emissiyalarında ən böyük illik azalmadır.

Məsələn, apreldə Birləşmiş Ştatlarda karbon emissiyaları 30 faizdən çox azalıb. Çində isə fevralda 25 faizədək azalma qeydə alınıb. Hindistan və Avropada uyğun göstəricilər 26 və 27 faizdir.

Ən böyük azalma aprelin 4-dən 9-dək qeydə alınıb, gündəlik karbon çirklənməsi ilin əvvəli ilə müqayisədə 17 milyon metrik ton daha az olub.

Emissiyalarda azalmaların təxminən yarısı nəqliyyatın atmosferi daha az çirkləndirməsi sayəsində mümkün olub. Amma məsələn, hava səyahətlərinin kəskin ixtisarına baxmayaraq, onun ümumi çirklənmənin azalmasındakı payı 10 faizdir.

4-7 faiz azalma

Araşdırmada belə bir qənaətə gəlinir ki, bu il üçün çirklənmə səviyyəsi ötənilkindən 4-7 faiz daha az olacaq. Ən sərt karantin qaydaları qaldırılacağı halda bu, 4 faiz, qaydalar ilin sonunadək qüvvədə qalarsa 7 faiz olacaq.

Ancaq həyat normal tempinə qayıtdıqca, şirkətlər açıldıqca atmosferə buraxılan qazların səviyyəsi də pandemiyadan öncəki həddə qayıdacaq, bu da o deməkdir ki, çirklənmədə qısa fasilə “okeanda bir damla” olacaq, Britaniyadakı “East Anglia” Universitetində iqlim üzrə alim LeQuere deyib.

LeQuere onu da vurğulayıb ki, dünya gələn ildən 2019-cu ilin çirklənmə səviyyəsinə qayıdarsa, bu, qlobal istiləşmədə əlavə 1 dərəcəlik artıma çatılmasında sadəcə, birillik fasilə deməkdir. Emissiyaları azaltmağa çalışanlar dünyanı bundan qaçmağa çalışırlar. Sözügedən səviyyənin 2050-2070-ci illərdə baş verəcəyi bildirilir.

Tədqiqatı beynəlxalq alimlərin konsorsiumu olan Qlobal Karbon Layihəsi həyata keçirib.

XS
SM
MD
LG