Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:39

Cənubi Koreyada məktəblər belə açılır


Cənubi Koreyada məktəblər belə açılır
Cənubi Koreyada məktəblər belə açılır

Mayın 20-dən Cənubi Koreyada orta məktəblər koronavirus pandemiyası səbəbilə iki aylıq fasilədən sonra açılıb. Amma virusun yayılmasını önləmək məqsədilə sərt qadağalar qoyulub.

Məktəblilər maska taxmalı, partalarını silməli, masalar arasında məsafə 1 metr olmalıdır. Bundan başqa şagirdlərin temperaturu ölçülür, hər hansı pozitiv test çıxarsa, məktəb onlayn dərslərə keçir.

Koronavirusun Çindən sonra yayıldığı ikinci ölkə Cənubi Koreya olub. Mayın 19-da virusa 32 yeni yoluxma halı qeydə alınmaqla ümumi yoluxma sayı 11 min 110-a çatıb, ölü sayı 263 nəfərdir. https://coronavirus.jhu.edu/map.html

Çində isə rəsmilər şimal-şərqi Jilin vilayətində yeni koronavirus infeksiyaları ilə mübarizə aparıldığını bildirir. Mayın 19-da yeni ölüm halı qeydə alınmayıb, 87 nəfər müalicə alır.

Çində indiyədək 82 min 965 yoluxma, 4 min 634 ölü sayı rəsmi olaraq açıqlanıb. Bu ölkə virusun mənbəyi haqda informasiya açıqlamadığına görə kəskin tənqid olunur.

Braziliya üçüncü yerdədir

Braziliyada epidemiyanın güclənməsi narahatlıq yaradır, mayın 19-da rekord sayda – 1179 ölüm qeydə alınıb. İndiyədək 210 milyondan çox əhalisi olan bu ölkədə azı 17 min 971 nəfərin virusdan öldüyü açıqlanıb. Yoluxma sayına görəsə Britaniyanı geri qoyaraq ABŞ və Rusiyadan sonra üçüncü yerə çıxıb – 270 min nəfər.

Prezident Jair Bolsonaro xəstəliyin yayılmasını önləmək üçün hərəkət məhdudiyyəti qoymadığına görə tənqid olunur.

Mayın 19-da ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri elan edib ki, Birləşmiş Ştatların torpaq sərhədləri boyunca səyahət qadağaları uzadılır. Pandemiyaya görə sərhədlərdə qalmış miqranlatın təcili uzaqlaşdırılmasına çağırılır.

İnsan haqları fəallarının fikrincə, pandemiyadan insanlara sığınacaq hüququ verilməməsi üçün bəhanə kimi istifadə olunur və məqsəd də seçki ilində prezidentin tərəfdarlarında rəğbət yaratmaqdır.

Mayın 19-da ABŞ-da koronavirusdan ölü sayı 92 minə yaxınlaşıb, ştatlar isə tədrici açılım prosesini davam etdirirlər. Bu arada səhiyyə rəsmiləri və siyasətçilər fəallığın artmasının yeni infeksiya dalğasına səbəb olacağı sarıdan narahatlıq bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG