Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Baltik ölkələri sərhədlərini açır


Latviya-Litva sərhədi
Latviya-Litva sərhədi

Latviya, Litva və Estoniya mayın 15-də Avropa Birliyində bir ilk olaraq bir-birilə sərhədlərini açıblar. Məqsəd koronovirus pandemiyasından ciddi ziyan görmüş iqtisadiyyatlarını dirçəltməkdir.

Üç kiçik, əhalisi az Baltik ölkəsinin vətəndaşları və rezidentləri region daxilində azad səyahət edə biləcəklər. Üç ölkədən kənara çıxanlar isə qayıdandan sonra 14 gün karantində qalacaqlar.

Ötən ayın sonunda yeni yoluxmalar tədricən azaldığından regiondakı qadağalar yumşaldılmağa başlanıb.

Baltik üçlüyü pandemiya Avropada yayılmağa başlayan kimi sərhədlərini bağlamış, təcrid tədbirləri görmüşdülər.

Mayın 14-də bu üç ölkənin hər birində yeni yoluxma halları 7-dən az olub. Regionda indiyədək koronavirusdan 150-dən də az insan dünyasını dəyişib.

Litvanın Baş naziri Saulius Skvernelis mayın 15-də yaydığı bəyanatda sərhədlərin açılmasını bizneslərin təkrar işə başlaması üçün fürsət, insanlar üçün həyatın normal axına qayıtmasına ümid qığılcımı adlandırıb.

“İkirəqəmli” azalma xəbərdarlığı

Bu il Litva, Latviya və Estoniya iqtisadiyyatlarında 7-8 faiz azalma gözlənir. Litva xəbərdarlıq edib ki, iqtisadiyyatlar yayadək açılmasa, “ikirəqəmli” azalma mümkündür.

“Baltik ölkələri yaxın tərəfdaşdırlar, epidemioloji vəziyyətləri eynidir, iqtisadiyyatları yaxşı inteqrasiya olunub, buna görə də əhalinin və malların azad hərəkəti region üçün çox vacibdir”, – Avropa Komissiyasının Litvadakı təmsilçisi Arnoldas Pranckevicius deyib.

“Sərhədlərin açılması üzvləri öz işidir, Avropa Komissiyası onların bir-birilə danışacağını, hərəkətlərini koordinasiya edəcəyini, AB-nin digər üzvlərinin vətəndaşlarına qarşı ayrı-seçkilik etməyəcəyini gözləyir”, – o, sözlərinə əlavə edib.

Bu həftədən Finlandiya və Estoniya, eləcə də Polşa və Litva arasında səyahət qadağaları qismən yumşaldılıb.

Amma nə Polşa, nə də Finlandiya Baltik qonşularının “səyahət birliyi”nə qoşulmağa tələsmir, dəvət alsalar da imtina ediblər.

Polşa və Finlandiyada da nisbətən az yoluxma və ölü sayı qeydə alınıb.

Avstraliya və Yeni Zelandiya da virusu nəzarətə alandan sonra bir-birilə sərhədi açmağı nəzərdən keçirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG